Türk əsilli, ABŞ doğumlu ingilis...
25.02.2023 [11:00]
NATO Baş katibliyinə namizəddir
Conson Stoltenberqin xələfi olacaqmı?
Dünyanın aparıcı hərbi ittifaqı sayılan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatmaqdadır. Qeyd edək ki, Stoltenberq 2023-cü ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq niyyətində deyil. Bu barədə NATO-nun sözçüsü Oana Lungesk bildirmişdi. O vurğulamışdı ki, Stoltenberq 9 ilə yaxındır ki, baş katibdir və artıq üç dəfə mandatını yeniləyib.
Vurğulandığı kimi, 2014-cü ilin oktyabrın 1-dən Avroatlantik Alyansa rəhbərlik edən Stoltenberq Norveç nümayəndəsi kimi iki seçki dönəmi - 8 il quruma rəhbərlik edib. Sonradan isə Yens Stoltenberqin səlahiyyət müddəti qeyri-rəsmi olaraq daha bir il daha uzadılıb - 35 ölkə bununla bağlı razılığa gəlib. Buna əsas kimi isə Stoltenberq, xüsusilə, Ukraynadakı müharibə fonunda NATO üçün önəm daşıyan nailiyyətlər əldə edildiyi önə çəkib.
Xatırladaq ki, baş katib Şimali Atlantika Müqaviləsi Təşkilatının ən yüksək vəzifəli şəxsi sayılır və təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Qurumda baş katib postunu ənənəvi olaraq, avropalılar daşıyır. Bu strukturlaşma ABŞ-ın NATO-dakı təsirini balanslaşdırmağa hesablanıb. Belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir.
Yeni Baş katib niyə Britaniyadan olmalıdır?
Qeyd edək ki, Stoltenberqi kimin əvəz edəcəyi olduqca böyük maraq kəsb edir və bununla bağlı artıq bir ildir ki, müzakirələr səngimir. Bu dəfə Alyansın baş katibi postuna Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi təyin edilməlidir - İspaniya və Portuqaliyanın bu siyahıda olmadığını nəzərə alsaq, növbəlilik prinsipi ilə əsas diqqət İtaliyaya tuşlanır. Amma bu posta seçkilərin sentybarda keçiriləcəyi bir sıra mühüm məqamlardan xəbər verir:
- həmin dövrə qədər dünya nizamında baş verəcək və ya verməsi proqnozlaşdırılan proseslərin inkişafı;
- Rusiya-Ukrayna müharibəsinin nəticələri;
- Alyansın genişlənmə planlarının irəliləmə trayektoriyası;
- yeni müharibələr.
Beləliklə, Stoltenberqin vəzifədə olduğu dövrün də gərgin hadisələrlə müşayiət olunduğunu nəzərə alsaq, yeni dövr üçün bir sıra proqnozlar səsləndirmək olar. Bu dövr ərzində istər Yaxın Şərqdə baş verənlər, istər Avropadakı fikir ayrılıqları, istərsə də Rusiya -
NATO münasibətləri aktual olaraq qalacaq. Yəni, anqlosakson ittifaqı ilə avrosentristlərin mübarizəsinin qarşıdakı mərhələdə böyük ehtimalını nəzərə alsaq, ABŞ-ın Mərkəzi Avropadan olan namizədə “hə” deyəcəyini gözləmək olmaz. Əksinə, Qərbi Avropa, konkret olaraq Britaniya nümayəndəsi Vaşinqton üçün məqbul sayılacaq.
Boris Conson namizədliyini irəli sürür...
Yayılan bəzi xəbərlər də bu proqnozları təsdiqləyir. Belə ki, NATO-nun hazırkı başçısı Yens Stoltenberq bu ilin sentyabrında vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson alyansın növbəti Baş katibi ola bilər. Bu barədə britaniyalı diplomatın özü məlumat verib. O, NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb: “Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”. Məlumat üçün deyək ki, yaşlı torilər də Boris Consonun NATO-nun Baş katibi qismində namizədliyini dəstəkləyir.
Yayılan informasiyada “yaşlı torilərin də Boris Consonu dəstəkləməsi”nin xüsusi vurğulanmasının isə mühüm əhəmiyyəti var. Bəlli olduğu kimi, “yaşlı torilər” İngiltərədə mühafizəkar qanadın “ağ saçlıları” hesab olunurlar. Anqlo-sakson ittifaqının yürütdüyü siyasətin müəyyənlşməsində isə onların böyük payı var - beləliklə, Consonun “xeyir-duası”nın verildiyini öncədən söyləmək də mümkündür. Bu isə mühüm məqamdır. Conson bu postda Hastinqs İsmey, Piter Karington və Corc Robertsondan sonra dördüncü ingilis baş katib kimi tarixə düşə bilər.
Anqlosakson ittifaqının vahid namizədi...
Bəlli olduğu kimi, Boris Consonun ata nəsli tərəfindən türk kökənlidir. Onun ulu babası türk jurnalisti Əli Kamal bəy Türkiyənin Çankırı vilayətindəndir. İstanbulda və Avropada ali təhsil aldıqdan sonra ictimai həyata atılan Əli Kamal əsasən diplomat və jurnalist fəaliyyəti ilə məşğul olub. 1903-cü ildə yay tətili üçün Londona gedən Əli Kamal burada Vinayfr Bran adlı ingilis xanımla evlənir. Həmin evlilikdən onun Selma adlı qızı, Osman adında oğlu dünyaya gəlir və ailə Türkiyəyə qayıdır. Atasının ölümündən sonra oğlu Osman Böyük Britaniyaya, qohumlarının yanına gedir və Osmana Vilfrid (Wilfred) adı verilir. O, nənəsinin Conson soyadını götürür. Vilfrid Consonla İren Uilyamsın evliliyindən Boris Consonun atası - Stenli Conson doğulur. Boris Conson ABŞ-da dünyaya gəlib. Beləliklə, Conson yeni dönəmin Baş katibi olmaq üçün bütün məziyyətləri özündə birləşdirən yeganə namizəd sayılır...
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32

