KTMT sərgüzəşti bitir...
11.03.2023 [10:39]
İrəvan qurumla yollarını ayırmaqda israrlıdır
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı “incikliyi” davam etməkdədir. Bu dəfə rəsmi İrəvan öz “mövqeyini ifadə etmək üçün” ona təklif edilən vəzifədən - KTMT katibinin müavini vəzifəsindən imtina edib. Əslində Ermənistanın KTMT “macərası” təzə sayıla bilməz və hazırki imtinanın arxasında mühüm “arqumentlər” dayanır. Belə ki, rəsmi İrəvan Rusiya ilə arasındakı siyasi gərginlikləri, anlaşmazlıqları məhz KTMT üzərindən yürütmək qərarı verib. Hələ ötən ildən KTMT çərçivəsindəki “anlaşılmazlıqlarla” başlayan bu “davanın” kökündə isə təşkilatın rəsmi İrəvana “yardım etməməsi” məsələsi dayanır. Ötən ilin sentyabrında erməni təxribatlarının qarşısının Azərbaycan ordusu tərəfindən alınmasının ardından Ermənistan davamlı olaraq KTMT-dən əraziyə hərbi qüvvə, olmayan “sərhədi” qorumaq üçün kontingent göndərməyi, missiya yollamağı tələb edirdi. Amma bunların heç bir baş vermədi. KTMT-də təmsil olunan ölkələr regiona hər hansı bir hərbi müdaxilənin əleyhinə oldular. Ermənistan isə onların bu mövqeyini Azərbaycanla dostluqları ilə əlaqələndirdi.
Ermənistan məsələni qəti qoyur...
İndiki halda Ermənistan Rusiyaya “acıq vermək” üçün özünün “Qərb yolu” seçdiyini addımbaşı büruzə verir. Avropa İttfiaqının monitorinq missiyasının Ermənistana göndərilməsindən sonra kartlarını tam açan rəsmi İrəvan Rusiyanın bu məsələdən qıcıqlandığını görür. Bununla belə anti-Rusiya addımlarını səngitmir. Rusiya da öz növbəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindəki rolu Qərbə vermək istəmir. Bu baxımdan, Kreml Ermənistan üzərindəki nüfuzunu geri qaytarmaq üçün bu kimi vasitələrdən - KTMT və ya Avrasiya İttifaqı üzərindən gedişlər etməklə balans formalaşdırmaq istəyir. Rusiya anlayır ki, Azərbaycan qalib ölkədir və onun mövqeyi bəllidir. İndiki halda Moskvanın regiona nüfuz etməsinin yeganə yolu Ermənistandır. Bu baxımdan da, Rusiya Ermənistanı hər hansı bir yolla KTMT-də saxlamaq məcburiyyətindədir. Əks halda...
KTMT Azərbaycana “işləyir”...
Təxminən bir ay öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT missiyasının da Ermənistanla Azərbaycan “sərhədində” yerləşdirilməsi təklifinin aktual olaraq qaldığını, İrəvan maraqlı olarsa, yerləşdirilə biləcəyini demişdi. Hətta Lavrov erməni tərəfinin bu təkliflə maraqlanacağı təqdirdə bu missiyanın cəmi bir-iki günə yerləşdirilə bilməsi imkanlarından danışmışdı. Amma Ermənistan bu “təklif”ə belə etinasız yanaşmışdı. İrəvan öz mövqe- yini belə izah edir ki, KTMT hətta Ermənistanın sədrliyi dönəmində belə Azərbaycana “işləyib”. Çünki ötən il İrəvanda keçirilən iclasda Ermənistanın baş nazirinin KTMT-yə qarşı irəli sürdüyü narazılıqlar heç bir ölkə tərəfindən ciddi qəbul edilməmişdi. Tam əksinə, sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, ölkəsinin KTMT sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq. Belarus Prezidenti məsələnin həllində Azərbaycan rəhbərliyinin istəklərinin əsas olduğunu bir daha qəti şəkildə bildirmişdi. Beləliklə də, Ermənistanın qurumda anti-Azərbaycan ab-havası yaratmaq istəyi fiaskoya uğramışdı. Çünki Ermənistan KTMT üzvü olsa belə, üzv ölkələrin seçimi bəllidir. KTMT-də Azərbaycanın dostları Ermənistandan daha çoxdur.
Rusiya Ermənistanı da itirsə...
Rusiyanın Ermənistanı KTMT-də saxlamağa çalışması üçün atdığı addımlar isə başadüşüləndir:
- Ermənistan qurumun eynidinli üç ölkəsindən biridir;
- Ermənistan Rusiyanın cənub sərhədi üçün hava-su kimi vacib xarakter daşıyır;
- Ermənistan hərbi baza olaraq Rusiya üçün mühüm əhəmiyyətə malikdir.
Başqa sözlə, Rusiya anlayır ki, Ermənistanın itiriləcəyi təqdirdə KTMT yaradılan zaman müəyyənləşdirilən hədəfdən yayınacaq - qurum Rusiyanın hərbi doktrinasının reallaşmasına xidmət göstərməyəcək. Onsuz da Rusiya-Ukrayna müharibəsinin fonunda KTMT üzvü olan ölkələrin əksəriyyətinin mövqeyi Rusiyaya qarşı oldu. Daha doğrusu, Rusiya qurumdan gözlədiyi nəticəni əldə edə bilmədi və KTMT-də təmsil olunan bütün dövlətlərin hərbi gücünü Ukraynaya qarşı səfərbər etmək imkanından məhrum oldu. İndiki halda isə Ermənistanın da itirilməsi KTMT-ni anti-Rusiya birliyinə də çevirə bilər...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

