Yeni Azərbaycan Partiyasının gəncləri böyük potensiala malikdir
25.07.2012 [22:46]
Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə gənc siyasətçilər üçün təşkil edilən “Liderliyə gedən yol” “Yay məktəbi”nin dördüncü mərhələsinin ikinci günündə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə” mövzusunda diskussiyalar keçirilib.
Dövlət himni səsləndirildikdən sonra qrup rəhbəri-YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, YAP rəhbərliyinin təşkilatçılığı ilə keçirilən bu kimi tədbirlərin gənclərin inkişafında, dövlətə, xalqa layiqli vətəndaş kimi yetişmələrində böyük rolu var: “Bu gün müzakirə olunan mövzu çox vacib və olduqca maraqlıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müzakirəsində siz gənclərin fikirlərini bilmək bizim üçün əhəmyyətlidir. çünki artıq 2020-ci ildə sizlər bəlkə də ölkənin ali dövlət orqanlarında rəhbər vəzifələrdə çalışacaqsınız, Azərbaycanın gələcəyi ilə bağlı taleyüklü qərarlar verəcəksiniz. Mən buna əminəm. Ona görə ki, Yeni Azərbaycan Partiyasının gəncləri böyük potensiala malikdirlər”.
V.Rəhimzadə Azərbaycanın hazırki və gələcək inkişaf istiqamətlərindən də söz açıb: “Bildiyiniz kimi, 90-cı illərin əvvələrində ölkəmiz müstəqillik əldə etdikdən sonra ictimai-siyasi vəziyyət çox ağır idi. Azərbaycan daxili qarşıdurmalar, vətəndaş müharibəsi, xarici təzyiqlərlə üz-üzə qalmışdı. Yalnız Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bütün bu problemlər öz həllini tapdı, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya miqyasında öz yerini, mövqeyini daha da möhkəmləndirir, söz sahibinə çevrilir. İqtisadiyyatımız güclənir. Təkcə onu qeyd etmək kifayətdir ki, yeni neft strategiyasının əsas icraçılarından biri olan SOCAR artıq dünyamiqyaslı brendə çevrilib. Şirkətin dünyanın bir çox nöqtələrində nümayəndəlikləri var. SOCAR regional və beynəlxalq miqyasda həyata keçirdiyi layihələrlə ölkəmizin günü-gündən artan gücünə, qüdrətinə öz müsbət təsirini göstərir”.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycanın çox parlaq gəncliyi var. Bu gəncliyin də böyük bir qismi Yeni Azərbaycan Partiyasının sıralarında birləşib. Qeyd olunub ki, gənclər bu kimi tədbirlərdən ən yüksək səviyyədə yararlanmalı, öz bilik və təcrübələrini artırmalıdırlar.
Sonra çıxış edən partiya fəalları Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən danışıblar. Bildirilib ki, XXI əsr sürət, dinamika əsridir. Bu əsr yüksək ixtisaslı, bacarıqlı gənclərin əsridir. Azərbaycan gəncliyi də bu tələblərə cavab verməlidir. Qeyd olunub ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri iqtisadi kapitalın insan kapitalına çevrilməsidir. Bu da ölkədə gənclərə olan diqqət və qayğının əhəmiyyətini ortaya qoyur.
Tədbirdə çıxış edən gənc fəallar mövzu ilə bağlı maraqlı fikirlər səsləndiriblər.
Nahardan sonra “İKT-nin müasir imkanlarından səmərəli istifadə-sosial şəbəkələr” mövzusunda seminar-diskussiya keçirilib.
Bildirilib ki, bu gün İKT-nin inkişafı bütün dünyada ən aktual problemlərdən biridir. Azərbaycan dövləti də bu məsələləri xüsusi olaraq diqqət mərkəzində saxlayır. Müzakirələrdə gənclər müxtəlif fikir və maraqlı təkliflərlə çıxış ediblər. Gün ərzində həmçinin gənclər arasında futbol, üzgüçülük və s. idman növləri üzrə yarışlar keçirilib.
Nail Rəhimzadə
Xəbər lenti
Hamısına baxHadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33

