Gələcək inkişaf üçün böyük perspektivlər
01.05.2024 [12:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə etmiş, səfər çərçivəsində ölkə başçısı bir sıra böyük əhəmiyyət kəsb edən məhsuldar görüşlər keçirmişdir.
Aprelin 26-da hər iki ölkənin dövlət başçıları birgə mətbuat konfransı keçirmiş, bəyanatlarla çıxış etmişlər.
Ölkə başçısı çıxış edərək Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.
“Petersberq İqlim Dialoqu” forumunun işində iştirak edərkən bir daha öz niyyətimizi ifadə etdik”- deyən Prezident İlham Əliyev Almaniyanın COP29-la bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Bu olduqca əhəmiyyətli tədbirə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyət olduğunu vurğulayıb.
Dövlətimizin başçısı 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyalarının istismara veriləcəyini, onların enerji potensialı 2 qiqavata bərabər olacağını, 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədər olacağını diqqətə çatdırıb. “Azərbaycan indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və hesab edirəm ki, təbii qaz təchizatçısı olan ölkəmiz Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır”- deyə ölkə başçısı əlavə edib.
Prezident İlham Əliyev çıxışında ölkəmizin Avropaya qaz təchizatı strateji tərəfdaşlıq əsasında həyata keçirildiyini, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycanın müvafiq memorandum qəbul etdiyini diqqətə çatdırıb. 2027-ci ilə qədər Azərbaycanın Avropaya ixrac edəcəyi qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmində olduğunu bildirib.
Ölkə başçısı regional təhlükəsizlik məsələsinə toxunaraq Azərbaycanın sülh danışıqlarını yüksək qiymətləndirdiyini söyləyib. Ölkəmizin 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etdiyini, keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etdiyini xatırladıb. Ölkə başçısı əlavə edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla təmin edib.
Cənab Prezident artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinə də başlanıldığını, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 kəndin bizə qaytarılırdığını qeyd edib.
Daha sonra Prezidentlər jurnalistlərin suallarını cavablandırıblar. Dövlətimizin başçısı Azərbaycan haqqında verilən qərəzli, həqiqətə uyğun olmayan suallara tutarlı cavablar verərək ölkəmiz haqqındakı həqiqətləri, reallıqları diqqətə çatdırıb.
Beləliklə, Prezident cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına baş tutmuş səfəri iki, ölkə arasında mövcud münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli töhfə verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

