Tarixi köklərə və möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyi sarsılmazdır
14.06.2024 [11:31]
Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan “Şuşa Bəyannaməsi”nin üç il öncə Azərbaycanın Milli Qurtuluş Günündə işğaldan azad edilən Şuşada imzalanması iki ölkə arasında olan dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı oldu. Bu təqdimat həm də dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərməklə, iki qardaş ölkənin dünya miqyasında daha güclü mərkəzə və regionda söz sahibinə çevrilməsini təmin etdi.
44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstək verməsi, savaş dövrünün ilk günlərdən etibarən Türkiyə Prezidentinin “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi ardıcıl açıqlamalar verməsi əslində, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün ciddi bir mesaj idi.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyinin sarsılmaz olduğunu bir daha göstərdi. Eyni zamanda, bu tarixi sənəd hər iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinin bundan sonra da diqqətdə saxlanılacağı əminliyi yaratdı. Buna görə də bəyannamə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlətimizin başçısı İlham Əliyev tərəfindən “iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin yol xəritəsi” kimi yüksək dəyərləndirildi. “Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
Şuşa Bəyannaməsində Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirmək, regionda sülhü və sabitliyi qorumaq, möhkəmləndirmək məqsədi daşıyan bir sıra önəmli vəzifələr diqqət çəkir. Həmin vəzifələr Vətən müharibəsindən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərməklə bərabər, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıdığından xəbər verir.
Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də xüsusi diqqət çəkir. Başqa sözlə, sənəddə ordumuzun yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsində mühüm önəm daşıyır. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur.
Tarixi sənəddə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadəsi, Azərbaycan ilə Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlərin yer alması xüsusi önəm kəsb edir.
Bu bəyannamə iki xalqın tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir. Prezident İlham Əliyevin təbirincə desək, dünyanın heç bir yerində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin alternativi yoxdur və bu münasibət ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. Bu gün hər iki ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Bu birlik həm də düşmənlərə göz dağıdır. Artıq Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tam mənası ilə özünü sübut etmişdir. Üstəlik, bu prosesə digər türk dövlətləri də sürətlə qoşulmaqda, siyasi, iqtisadi, mədəni əlaqələrimizdə birliyə, bərabərliyə doğru bir axın müşahidə olunmaqdadır.
Monolit birliyin nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən ilk gündən dövlətimizin başçısı İlham Əliyevin “dost, qardaş ölkələr quruculuq proseslərdə də fəal iştirak edə bilərlər və onları yanımızda görmək istəyirik” çağırışına qardaş münasibətinin nəticəsi olaraq, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayırlar. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.
Bu gün Azərbaycanla Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də bütöv bir regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Əminliklə deyə bilərik ki, bu monolit birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

