Hər dövrün reallıqları mətbuatın qarşısında yeni vəzifələr müəyyənləşdirir
22.07.2024 [17:38]
22 İyul Milli Mətbuat Günüdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.
Mətbuatın müstəqillik tarixindən bəhs edərkən ilk olaraq Ümummilli Liderin azad sözün, mətbuatın inkişafı istiqamətində atdığı addımlar göz önünə gəlir. Mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. Bu sahəyə daimi diqqət və qayğısına görə "Jurnalistlərin dostu" adına layiq görülən Ümummilli Lider Heydər Əliyevin müharibə şəraitində yaşayan ölkədə son dərəcə böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etməsi, tez-tez media nümayəndələri ilə görüşlər keçirib onların çoxsaylı suallarına cavabları ilə yaratdığı şəxsi nümunə, qəzetlərin "Azərbaycan" nəşriyyatına yaranmış borcları ilə bağlı problemin həllinə köməyi milli mətbuat tariximizin yeni mərhələsini xarakterizə edən hadisələrdir.
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mətbuata həssas münasibəti atdığı davamlı addımlarda özünün aydın ifadəsini tapır. Göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün münbit şərait təmin edilmişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq qəbul olunmuş və uğurlu icrası həyata keçirildi.
Mətbuat hər zaman fəaliyyətini dövrün çağırışları əsasında qurur və inkişaf etdirir. Hər dövrün reallıqları mətbuatın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan dövlətinin bugünkü inkişafı, hədəfləri, həm regionda, həm qlobal məkanda oynadığı əhəmiyyətli rol mətbuatımız qarşısında da yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.
Azərbaycan mətbuatı hazırda qlobal informasiya şəbəkəsinin bir parçasıdır. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsinin bir hissəsi kimi öz rolunu uğurla yerinə yetirməsinə şərait yaradır. Qloballaşma prosesləri, medianın rəqəmsallaşması jurnalistikanın özündə də çox mühüm dəyişikliklərə gətirir. Bu dəyişikliklər jurnalistlərdən peşəkarlıq səviyyələrini mütəmadi artırmağı tələb edir. Bu zərurəti nəzərə alaraq hər il yüzlərlə Azərbaycan jurnalisti beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında müxtəlif treninqlər, təkmilləşmə kursları keçirlər. Sürətli inkişaf, eyni zamanda, mətbuatla bağlı qanunvericilik bazasının da təkmilləşdirilməsini bir tələbə çevirir. Son illər ölkəmizdə bu istiqamətdə məqsədyönlü iş aparılmaqdadır. Belə ki, ölkə Prezidenti 12 yanvar 2021-ci il tarixdə "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzaladı. Bu sənədə əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdədir.
Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu da mətbuata diqqət və qayğının göstəricilərindəndir. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi. Forumda Prezident İlham Əliyev çıxış etdi və iştirakçıların suallarını cavablandırdı. Forumun mövzusunda günümüzün əsas çağırışları, mətbuatın qarşısında dayanan vəzifələr açıqlanır. Cənab İlham Əliyev əsaslı şəkildə dezinformasiyaların hansı problemlərə yol açdığını diqqətə çatdırdı. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun iştirakı ilə keçirilən Forumda aparılan müzakirələrdə, xüsusilə dövlət başçısı İlham Əliyevin çıxışında bu mühüm məqam xüsusi qeyd edildi ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv işıqlandırılmalıdır. Təbii ki, bu çağırışın əsasında ölkəmizlə bağlı əsassız təbliğatın aparılması dayanır. Azərbaycanın uğurlarını, müstəqil siyasətini həzm edən bilməyən bəzi ölkələr. dairələr reallıqları qərəzli şəkildə inkar etməklə Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. Azərbaycan bu qərəzin aydın ifadəsini 30 illik işğal dövründə gördü. Belə ki, ölkəmiz işğala məruz qalan tərəf olsa da da ermənilərin və ermənipərəst dairələrin əsassız təbliğatı əsasında işğalçı ölkə kimi təqdim edilirdi. Azərbaycan tarixi Zəfəri ilə bütün bu təbliğatların qərəz olduğunu təsdiqlədi.
Hər zaman qeyd etdiyimiz kimi, keçirilən beynəlxalq əhəmiyyətli tədbir həm əhatə etdiyi mövzu, həm də məkan baxımından xüsusi diqqət çəkir. Nəzərə alsaq ki, Qarabağın tacı Şuşa müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib, bu halda müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin növbəti dəfə bu məkanda bir araya gəlməsi, eyni zamanda, dövlət başçısı İlham Əliyevin Forumda çıxışı və iştirakçıların suallarını cavablandırması olduqca əhəmiyyətli hadisədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma olan bu Forumda cənab İlham Əliyev həm ölkə daxilində, həm də xaricində baş verən hadisələr, dövrün çağırışları, Azərbaycanın hədəfləri, gələcəyi ilə bağlı faktlara söykənərək ətraflı məlumat verdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz daim irəli baxmalıyıq. Cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir. Ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk. Azərbaycan yeni dövrün yeni hədəflərinə doğru addımlayır.
Torpaqlarımız 30 il işğal altında qaldı. Amma xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahibinə qayıdacaq. Artıq dörd ilə yaxındır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edilib. Ötən ilin sentyabrında isə suverenliyimiz tam bərpa edildi. Cənab İlham Əliyev ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında qeyd etdi ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi. Ümid edirik ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir. Yəni, biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik: “Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.”
Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında və iştirakçıların suallarına cavabında səsləndirdiyi hər bir fikir gələcəyə çağırışdır.
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

