/ / YAP Xəzər rayon təşkilatında partiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar təntənəli toplantı keçirilib
YAP Xəzər rayon təşkilatında partiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar təntənəli toplantı keçirilib
13.11.2012 [03:52]
Mübariz Qurbanlı: YAP ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təşkilatçılığı ilə partiyanın yaradılmasının 20-ci ildönümü ilə əlaqədar toplantı keçirilib.
Azərbaycanın himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə YAP Xəzər rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov açaraqpartiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edib.
Namiq Əhmədov qeyd edib ki, 1992-ci il noyabrın 21-də təsis konfransını müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıraları çox keçmədən kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Partiyanın şəhər və rayon təşkilatları təsis olunub. Onlar da özlərində ərazi ilk partiya təşkilatlarını birləşdirir. 20 illik tarixdə şərəfli yol keçən YAP biri-birindən əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırır. Bu gün partiyanın sıralarında 600 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir. YAP Xəzər rayon təşkilatının 1993-cü ildə təsis olunduğunu diqqətə çatdıran Namiq Əhmədov bildirib ki, bu gün təşkilat özündə 100-dən artıq ərazi ilk partiya təşkilatını, 5000-dən artıq üzvü birləşdirir.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı tədbirdə çıxış edərək bildirib ki, yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib.
“Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qarantıdır”, - söyləyən Mübariz Qurbanlı “partiya hansı zərurətdən yaranıb” sualının daha dolğun şəkildə Ulu öndər Heydər Əliyev tərəfindən 91-lərin müraciətinə cavabında cavablandırıldığını diqqətə çatdırıb. Həmin müraciətdə Ümummilli lider Heydər Əliyev bildirib: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Mübariz Qurbanlı partiyanın bugünkü uğurlarının gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verdiyini diqqətə çatdırıb: “YAP ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir”.
Yubiley toplantısında çıxış edənlərdən Milli Məclisin deputatı Rauf Əliyev ölkəmizin uğurlarından danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olub. Bu gün ölkəmizin bayrağı dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında dalğalanır.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov paytaxt və bölgələrdə geniş vüsət alan abadlıq, quruculuq işlərindən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin edilib, Azərbaycan dinamik iqtisadi inkişafı ilə dünyanın diqqətindədir.
Toplantıda Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev və başqaları çıxış edərək, partiyanın bu gün nəinki ölkəmizdə, regionda aparıcı siyasi təşkilat olduğunu qeyd edib.
Tədbirdə təşkilatın sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təşkilatın bir qrup üzvünə isə fəxri fərman və pul mükafatları təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24

