Müstəqil, prinsipial xarici siyasət
25.09.2024 [14:24]
Tarixi Zəfər qazanmış Azərbaycan sərbəst xarici siyasət yürütmək gücünə malikdir. Müstəqil, prinsipial xarici siyasət ölkəmizin əsas istiqamətidir. Azərbaycan öz haqq işi uğrunda mübarizə aparıb və bundan sonra da aparacaq. Ölkəmiz heç kimin işinə qarışmır, eyni zamanda, ölkəmizin işinə qarışmaq istəyənlərə də hər dəfə dərs verilir. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq nüfuzu bir neçə dəfə artıb, beynəlxalq mövqeləri möhkəmlənib.
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin beynəlxalq münasibətləri mövzusunda fikir bildirərkən də qeyd etdi ki, bütün qitələrdə dostlarımızın sayı artır. Kim ölkəmizlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, Azərbaycan ikiqat əməkdaşlıq edəcək. Amma əgər kimsə hesab edirsə ki, gəlib Azərbaycana nəsə diktə edəcək, yaxud da ki, ölkəmizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə Azərbaycanı qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq. Ölkə başçısı bundan sonra da xarici siyasətdə geriyə heç bir addımın olmayacağını bəyan etdi. Ölkəmiz İkinci Qarabağ müharibəsindən və suverenliyini bərpa edəndən sonra daha fəal xarici siyasət aparacaq. Ölkəmizin vaxtilə mövcud olmadığı bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ölkəmizin ənənəvi tərəfdaşlarla, dostlarla münasibətləri daha da inkişaf edir və edəcək.
Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərkən hər cəhdlə Sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışan Ermənistana da ciddi xəbəradlıqlar etdi. Ölkə başçısı vurğuladı ki, əgər Ermənistan bu coğrafiyada təhlükəsizlik şəraitində yaşamaq istəyirsə, öz qonşularına qarşı siyasətində ciddi düzəlişlər etməlidir. Həmçinin nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar. Ordusu darmadağın edilmiş Ermənistan kapitulyasiya aktı imzalayan ölkədir. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.
Prezident İlham Əliyev sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh” “müşahidəçi” missiyası yaradıldığını xatırladaraq bunun əldə edilmiş razılaşmanın pozulması olduğunu bildirdi. 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, Ermənistan tərəfində şərti sərhəd istiqamətində 2-3 aylıq kiçik sayda müşahidəçi missiya yerləşsin. Amma sonra Azərbaycanın iştirakı olmadan müddəti uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra ölkəmizə qarşı “Binokl diplomatiyası” siyasəti aparılırdı.
Ölkə başçısı bəyan etdi ki, Azərbaycana heç bir vasitəçi lazım deyil, baxmayaraq ki, ölkəmiz bəzi vasitəçilik təkliflərinə siyasi nəzakət naminə etiraz etmir. Bir halda ki, Ermənistanla dövlət sərhədinin delimitasiyası vasitəçilərsiz edildi. Hazırda Ermənistanın vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, bu ölkə əslində, sülh istəmir. Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda Azərbaycan öz mövqeyindən bir addım da geri atmayacaq.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

