Qusarda rayon ziyalıları ilə növbəti görüş keçirilib
28.11.2024 [16:37]
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayonun ziyalıları ilə görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayonun tanınmış elm adamları, öz fəaliyyətləri ilə tanınan, sayılıb seçilən ziyalılar iştirak ediblər.
Belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edən RİH başçısı son aylarda rayonda görülən işlərin qısa xronikasını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə milli dəyərlərin qorunması, vətəndaş-məmur münasibətlərinin tənzimlənməsi kimi məsələlər, rayonda təhsil və mədəniyyət, kənd təsərrüfatı, turizm kimi sahələrdə görülən işlər və çatışmazlıqlar barədə fikir mübadiləsi aparılıb. İştirak edən ağsaqqal və ziyalılar öz çıxışlarında rayonda aparılan abadlıq-quruculuq işləri, iqtisadi, ictimai, sosial, mədəni və digər sahələrdə icra olunan layihələrlə bağlı fikirlərini dilə gətirərək, təklif və tövsiyələrini bildiriblər. Ziyalılar tərəfindən təhsil sahəsində rast gəlinən rayon məktəblərində bəzi fənnlər üzrə müəllim çatışmazlığı, məktəblərin rasionallaşdırılması, repetitorluq fəaliyyətinin genişlənərək məktəb təhsilini kölgədə qoyması kimi problemlər qaldırılıb.
Rayon məktəblərinin məzunları olan abituriyentlərin ali məktəblərə qəbul göstəricilərinin aşağı olmasının səbəbləri müzakirə olunub. Sakinlərin mavi yanacaq, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, rayonda idman, kənd təsərrüfatı və turizm sahələrinin inkişafı, gələcəkdə bu sahələrin daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Maraqlı polemika şəraitində baş tutan görüş zamanı ziyalılar tərəfindən son aylarda Qusar rayonunda görülən işlər, rayon sakinləri, əhalinin müxtəlif təbəqələri ilə mütəmadi olaraq keçirilən görüşlər təqdirəlayiq hesab olunub. RİH başçısı bu cür görüşlərin keçirilməsinin, rayonun hərtərəfli inkişafı baxımından birgə çalışmağın vacibliyini qeyd edib.
Görüşdə qaldırılan məsələlərin qısa zamanda həlli istiqamətində işlərin görüləcəyi diqqətə çatdırılıb
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35

