Prezident İlham Əliyev: Zəfər zirvəsi
24.12.2024 [21:26]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
21 il Ulu Öndər Heydər Əliyevin arzularının reallığa çevrildiyi dövrdür. Amma bu mühüm məqamı qeyd etməliyik ki, bu uğurlara yol açan, onları şərtləndirən, təbii ki, möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, hədəflərə inamla addımlamaqdır. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında mühüm xidmətlərindən biri 2003-cü ildə Azərbaycanın bugünkü və gələcək inkişafını təmin etmək üçün növbəti inam ünvanını dəqiq göstərməsi oldu. 2003-cü ildə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanması Heydər Əliyev yolunun davamı oldu. Bu yol hər an Azərbaycana möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyevin Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycana hansı uğurları qazandırdığı göz önündədir. Tarixi Zəfərimiz bu uğurların zirvəsi oldu. 21 illik Prezidentlik dövrünün 17 ilini torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hazırlıq işlərinə yönəldən dövlət başçısı İlham Əliyev Zəfərə imza atmaqla adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Bu, hər bir Azərbaycan üçün qürurvericidir. Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər Lider amilinin hər bir ölkənin, xalqın taleyində roluna işıq salır. Dövlətinin, xalqının gələcəyini düşünən, torpağına, Vətəninə bağlı Liderlər hər zaman ölkəsini yeni-yeni hədəflərə doğru aparır, uğurlarından qürur hissi keçirir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi, ona göstərilən etimadı, inamı doğrultduğu üçün xoşbəxtdir. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağını ucaltmaqdan xoşbəxt nə ola bilər ki?
Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldarkən “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirlərinin davamı olaraq bildirdi ki, o vaxt demişdim nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş bu gün buradayıq, Xankəndidəyik. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildi. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Ölkəmizin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ötən ilin sentyabrında rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edidi. 20 sentyabr yeni dövrün başlanğıcı oldu. Bu gün Azərbaycan yeni dövrün hədəflərini uğurla həyata keçirir.
Göründüyü kimi, Heydər Əliyev yolu Azərbaycana daim möhtəşəm uğurlar qazandırır, yeni-yeni hədəflərə çağırış edir. Qarşıdakı dövrün hədəfi isə Qərbi Azərbaycana qayıdışımızdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

