Nəqliyyat infrastrukturunun yenilənməsi diqqət mərkəzindədir
04.02.2025 [15:09]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Cari ilin yanvar ayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə dair müşavirə keçirib. Prezidentin çıxışı ölkənin nəqliyyat infrastrukturu, strateji layihələrin icrası və gələcək inkişaf perspektivlərinə dair mühüm mesajlar verib. Cənab Prezident qeyd edib ki “Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel,163 yerüstü və yeraltı keçid tikilib.” Bəli, doğrudan da Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, 2003-2023-cü illər ərzində həyata keçirilən əsaslı struktur islahatları nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçib. Nəqliyyat sahəsinin inkişafı, dayanıqlılıq, etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluğu baxımından konkret və sistemli tədbirlər həyata keçirilib. Bu gün nəqliyyat sahəsində aparılan dövlət siyasəti özündə ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələn tədbirləri əhatə edir.
Ölkə ərazisində sərnişinlərin rahat və təhlükəsiz daşınması, müasir nəqliyyat xidmətlərinin təşkil edilməsi məqsədilə Bakı şəhərində və bölgələrdə müasir səviyyəli avtovağzal kompleksləri inşa olunub, yerli və beynəlxalq marşrutlarda yeni avtobus xətləri açılıb.
Tarixi Zəfərin əldə olunması ilə regionun ümumi rifahı üçün yeni əməkdaşlıq imkanları açılıb. Bu baxımdan təkcə siyasi əlaqələrin deyil, həm də, daha geniş kontekstdə iqtisadi, humanitar və mədəni münasibətlərin normallaşdırılması üçün münbit şərait yaranıb. İşğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə, nəqliyyat xidmətlərinin bərpası prioritetlərdəndir.
Uzun illər işğal səbəbindən donmuş vəziyyətdə olan nəqliyyat əlaqələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab etmək olar ki, münaqişənin bitməsi və sülhün bərqərar olması region üzərindən keçən nəqliyyat dəhlizlərinin vacibliyini daha da artırıb.
Ümumilikdə son 20 ilə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib. 2003-2023-cü illərdə Azərbaycanın nəqliyyat sahəsində də əlamətdar hadisələr baş verib, ölkəmizin tranzit potensialı əhəmiyyətli dərəcədə artıb.
Bu gün ölkənin daxilində gedən işlər də xüsusi önəm kəsb edir. Azərbaycanı dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə aparan ümummilli liderimizin siyasi kursunu qloballaşan müasir dünyanın tələblərinə uyğun olaraq yeni keyfiyyətdə uğurla reallaşdıran Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat-yol kompleksinin modernləşdirilməsi, hərtərəfli və sürətli tərəqqisi üçün böyük imkanlar yaradıb.
Bütün bunlar bir daha vurğulamağa əsas verir ki, Azərbaycanın nəqliyyat sektoru dinamik inkişaf yolundadır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "İnfrastruktur layihələrinin icrası artıq hamıya göstərdi ki, həm insanların rahat yaşaması üçün, həm də ölkəmizin inkişafı üçün bunun nə dərəcədə böyük əhəmiyyəti var. Bütün infrastruktur layihələri bundan sonra da icra olunacaqdır. Avtomobil yolları, magistral yollar, şəhərlərarası, şəhərdaxili yollar, kənd yolları - bütün bu layihələr icra edilir".
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42

