Biz digər sahələrdə də çox böyük potensial görürük
27.02.2025 [13:33]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Ölkəmizdə səfərdə olan Pakistanın İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə cənab İlham Əliyevin keçirdiyi görüşlər və imzalanan çoxsaylı sənədlər iki dost ölkənin əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan əmkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsinə xüsusi önəm verir. Əsas çağırış dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın qorunmasıdır. Bunun üçün tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra ikitərəfli əməkdaşlığın coğrafiyasına və beynəlxalq təşkilatlarda əlaqələrin inkişafına diqqət yetirmək kifayətdir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkələrdən biri dost, qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə dövlət səfəri keçilən yolun təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Bu görüşlərdə münasibətlərimizin hazırkı inkişaf səviyyəsi geniş təhlil edildi, hazırkı dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan və Pakistan liderlərinin mətbuata birgə bəyanatlarında bir daha bu reallıq xüsusi diqqətə çatdırıldı ki, qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır. İki ölkənin münasibətlərinin hazırkı inkişafında möhkəm təməlin rolu inkaredilməzdir. Bu təməlin qurulmasında Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkmişdi. Azərbaycan hər zaman əməkdaşlığa önəm verir, yerləşdiyi coğrafi məkan yeni körpülərin qurulmasında stimulverici amil rolunu oynayır. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə dost, qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizin bugünkü və gələcək inkişafında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsinin tərəfdaşlığının yaxşı nümunəsidir. Azərbaycan və Pakistan beynəlxalq təsisatlarda hər zaman bir-birini dəstəkləyir, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək verir.
Onu da qeyd edək ki, ölkələr arasında iqtisadi əlaqələrin inkişafında biznes forumlar əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan-Pakistan Biznes Forumu hər iki ölkənin iqtisadi imkanlarının təqdimatında, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində öz sözünü deyəcək. Əsas hədəf iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmaqdır ki, bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə çıxışında iki ölkənin münasibətlərini “Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz” sözləri ilə ifadə edərək onu da bildirdi ki, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütün siyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizim Azərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz və qardaşlığımızdır. Prezident cənab İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini belə xarakterizə etdi ki, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq: “Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

