Qlobal Bakı Forumu bir daha sübüt edir ki, Azərbaycan dünyada nüfuzlu dövlətdir
17.03.2025 [15:35]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
13-15 mart 2025-ci il tarixlərində keçirilmiş XII Qlobal Bakı Forumu bir daha təsdiqləyir ki, bu nüfuzlu tədbir qlobal miqyasda mühüm geosiyasi və strateji məsələlərin müzakirə edildiyi aparıcı beynəlxalq platformalardan birinə çevrildi. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda baş tutmuş Forum qlobal siyasətdə formalaşmaqda olan yeni reallıqlar və regional təsirlər arasında əlaqəni təhlil etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidentinin Bakı Forumunda çıxışı zamanı diqqətçəkən digər mühüm məqam isə COP29 tədbirinə qarşı aparılmış koordinasiyalı qarayaxma kampaniyasının ifşası idi. Fransa rəhbərliyinin və bəzi media qurumlarının manipulyativ fəaliyyəti dövlətlərin suveren iradəsini məhdudlaşdırmağa yönəlmiş cəhdlər kimi dəyərləndirildi. Lakin bu cəhdlərə baxmayaraq COP29 77 min iştirakçı ilə geniş miqyasda həyata keçirilmiş və 70-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə uğurlu beynəlxalq konfrans statusunu təsdiqlədi.
Dövlətimizin başçısı, həmçinin Forumda Ermənistanın uzunmüddətli işğal siyasətinin fəsadları, xüsusən azad olunmuş ərazilərdə dağıntılar və dini-mədəni irsə qarşı təxribatları geniş şəkildə vurğuladı. 65 məscidin dağıdılması, müqəddəs məkanlarda heyvan saxlanılması faktları təkcə Azərbaycan üçün deyil, həm də bütün müsəlman aləmi üçün təhqiramiz bir cinayət kimi qiymətləndirildi. Cənab İlham Əliyev bildirib ki, 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq.
Prezident İlham Əliyevin bəyan edib ki, Cənubi Qafqazda sülhə nail olmalıyıq: “Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır”.
Bu fakt regionda sülhün bərpası istiqamətində qətiyyətli siyasi iradənin mövcudluğunu və diplomatik proseslərin məntiqi nəticəyə yaxınlaşdığını göstərir. Həmin yanaşma qarşılıqlı etimad mühitinin formalaşmasına və dayanıqlı sülhün təmin edilməsinə xidmət edir. Eyni zamanda, bu proses regional təhlükəsizlik arxitekturasının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
BMT Təhlükəsizlik Şurasının illərlə icrasız qalan qətnamələrinin yalnız güc yolu ilə reallaşdırılması nümunəsi müasir təhlükəsizlik sistemində reallığın hüququ üstələdiyini bir daha nümayiş etdirdi. Bu konteksdə Azərbaycanın hərbi potensialının formalaşması uzunmüddətli strateji planlamanın nəticəsi kimi təqdim olundu.
XII Qlobal Bakı Forumu qlobal dəyişikliklər dövründə siyasi liderliyin, milli iradənin və beynəlxalq əməkdaşlığın sintezini nümayiş etdirdi. Forumun əsas mesajı ondan ibarət idi ki, çağırışlara cavab yalnız adaptasiya ilə deyil, həm də təşəbbüs və qərarlılıqla verilməlidir. Məhz bu istiqamətdə Azərbaycanın tutduğu yol həm regional sabitliyə, həm də qlobal ədalətə töhfə verir.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

