Novruz Azərbaycan xalqının tarixi ənənələrini yaşadan milli bayramdır.
18.03.2025 [22:19]
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Azərbaycan xalqı tarix boyu haqq-ədaləti, mənəviyyatı əsas tutmaqla bütün xalqlarla dostluq, həmrəylik və əmin-amanlıq şəraitində yaşamağa üstünlük verimişdir. Bu şərtlər eyni zamanda xalqımızın qədim ənənəsi olan Novruz ənənələrində də geniş şəkildə əks olunur. Milli varlığımızın ayrılmaz parçası olan, keçmişdən bu günədək yad təsirlərdən qoruyub yaşatdığımız Novruz ənənələri milli-mənəvi sərvətlərimizə hörmətin yüksək ifadəsi və dünya mədəniyyətinə bəxş etdiyimiz qiymətli töhfədir.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən Novruz bayramı insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edir, bayram süfrələri açırlar. Novruzun gəlişi ilə həyat canlanır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. BMT tərəfindən bu qərarın qəbul edilməsi, Novruz bayramının təkcə yerli deyil, həm də qlobal əhəmiyyət kəsb etməsinin təsdiqi oldu. Bu, həmçinin Novruzun bütün dünya xalqları üçün birləşdirici və sülhə töhfə verən bir bayram olduğunu nümayiş etdirir.
Qədim türklərdə Novruza “yeni gün” deyilirdi. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Təsadüfi deyil ki, məhz Novruzda gecə ilə gündüz bərabərləşir. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün-Novruzun gəlişi kimi qeyd edir. Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan bayramdır. Bu bayramda insanlar bir-birinə bağışlamaq, köhnə inciklikləri unutmaq və yeni ili sülh, qayğı və anlayışla qarşılamaq niyyəti ilə bir araya gəlirlər. Novruz bayramı, bir çox ənənə və adətləri özündə cəmləşdirir ki, bunlar da həm mənəvi, həm də fiziki olaraq insanların həyatına müsbət təsir edir. Bayramın əsas xüsusiyyətlərindən biri, ailələrin və dostların bir araya gəlib, bir-birinə gözəl arzular, niyyətlər diləməsidir. Həm də Novruzun özəlliyi ondadır ki, bu bayramda xoş arzular çin olur, saf niyyətlər yerinə yetir.
Məhz belə çin olan arzulardan biri də Novruz bayramı tədbirində Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı söylədiyi fikirlərin reallığa çevrilməsi idi.
Milli-mənəvi dəyərlərimizdən olan Novruz ənənələrinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” ifadəsini və Azərbaycan xalqının arzularını qürurla “ata vəsiyyətini yerinə yetirdim” deyən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev reallaşdırdı. Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz bu gün həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Bu gün biz xöşbəxt xalqıq ki, həmin torpaqlarda Novruz bayramını qalib xalq olaraq qeyd edirik. Bunun üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə, sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizə borcluyuq. Xüsusilə ona görə ki, onların fədakarlığı sayəsində zəngin tariximizi və rəngarəng folklorumuzu özündə ehtiva edən, yeni günün, yeni həyatın oyanışını təcəssüm etdirən, tarixi ənənələrimizi yaşadan milli bayramımız olan Novruz bayramı ölkəmizin bütün ərazilərində sevinclə, qürurla qeyd olunur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

