Qaradağ rayonunda Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib
05.04.2025 [11:53]
Aprelin 4-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri – Vətən müharibəsinin baş məşqi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılıb və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Aprel döyüşlərinin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Dağlıq Qarabağ münaqişəsinin tarixinə qısa ekskursiya edərək Birinci və İkinci Qarabaşmüharibəsi arasında 2016-cı ilin 3-5 tarixində baş verən Aprel döyüşlərinin həərrbi-siyasi əhəmiyyətini və strateji bir qələbə kimi əsas mahiyyətini izah edb. O Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində erməni məğlubedilməzliyi barədə mifin dağıdılmasını, Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını, onun malik olduğu ən müasir silahlarla işğal altında olan ərazilərin bir hissəsinin azad olunmasını xatırladıb. Q.Əliyev qeyd edib ki, tarixə Aprel döyüşləri kimi düşən əməliyyat xalqımızın birliyini, qələbə əzmini daha da möhkəmləndirib. Böyük uğurla nəticələnən həmin hərbi əməliyyat Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu döyüşlər ordumuzun torpaqlarımızı işğalçı qüvvələrdən təmizləmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siayasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov Rayon İcra Hakimiyətinin başçısı adından qonaqları salamlayıb, Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi yer tutduğunu vurğulayıb. Tarixə ekskurs edən şöbə müdiri ermənilərin bütün türk dünyasına və digər xalqlara qarşı düşmənçilik mövqeyindən, “Böyük Ermənistan” xülyası ilə yerli xalqlara qarşı amansız qətliamlar törətməsindən bəhs edib. Aprel döyüşlərində başlanğıcı qoyulan Böyük Zəfər nəticəsində bu xəyalpərəstlərin boş xülyalarının iflasa uğradığını vurğulayıb.
Tədbirdə məruzə ilə çıxış edən sabiq korpus komandiri, polkovnik, iki dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Şair Ramaldanov Azərbaycan Ordusunun I Qarabağ müharibəsində məğlubiyyəti, Aprel döyüşlərinin baş vermə səbəbləri, bu döyüşün hərbi-texniki nəticələri barədə ətraflı məlumat verib. “Heç nə unudulmur və heç nə yaddan çıxmır”, - deyə vurğulayan polkovnik Ş.Ramaldanov Azərbaycan xalqının öz tarixi keçmişinə böyük diqqətlə yanaşmasının, belə tədbirlərin tez-tez təşkil edilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, Aprel döyüşləri I Qarabağ müharibəsindən sonra cəbhədə baş verən dönüşün başlanğıcı olmaqla yanaşı, həmçinin Böyük Zəfərlə başa çatan Vətən müharibəsinin baş məşqi kimi xüsusi əhəmiyyətə malikdir. Bu döyüşdən sonra əldə edilən uğur, strateji əhəmiyyətə malik yüksəkliklərin ələ keçirilməsi xalqımızın və ordumuzun özünəinamını geri qaytarmaqla yanaşı, ermənilərin Ohanyan səddinin alınmazlığı barədə yaydıqları mifi də sarsıdıb. Qarabağın azad edilməsi ilə əlaqədar əməliyyat planlarının daim Ali Baş Komandan İlham Əliyevin masası üzərində olduğunu xatırladan Ş.Ramaldanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu nəticəsində dünyanın güclü orduları sırasına qalxan və Azərbaycan xalqının daimi dəstəyini hiss edən zabit və əsgərlərimizin böyük şücaəti nəticəsində bu qələbənin əldə edildiyini xüsusi qeyd edib.
Tədbirdə digər çıxış edənlər: Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Cabir Bəxtiyarov, Sərhəd Qoşunlarının nümayəndəsi, polkovnik-leytenantı Rəsul Zülfüqarov, Şəhid anası Fəridə İsamyılova və başqaları Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusunun qətiyyətli hücumu, qazandığı qələbələri ilə düşmənin məğlubedilməzlik mifinin yalan olduğunu dünyaya nümayiş etdirdiyini vurğulayıblar. Onlar qeyd ediblər ki, xalqımız öz ordusu, qorxubilməz oğulları ilə qürur duyur, Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşib. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığın, döyüş hazırlığının fərqinin də təsdiqi olub.
Sonra Yeni Azərbaycan Partiyasına qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19

