/ / Ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb
Ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb
09.04.2025 [23:38]
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Beynəlxalq enerji dialoqu üçün mühüm platformaya çevrilən paytaxt Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl keçid istiqamətində mühüm çağırışlar fonunda təşkil olunaraq, strateji əhəmiyyət daşıyan müzakirələrə və gələcək addımların müəyyənləşdirilməsinə zəmin yaradıb. Bu gün Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda dördüncü sənaye inqilabının çağırışlarından olan alternativ enerji mənblərinin müəyyən edilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır. Müzakirələrdə Cənub Qaz Dəhlizinin iştirakçı ölkələri, beynəlxalq maliyyə institutları və enerji şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi prioritet kimi vurğulanıb. Prezident cənab İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı, enerji strategiyası ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin ənənəvi, habelə bərpa olunan enerjinin ixracı sahəsində zəngin potensialının dünyaya təqdimatı, qarşıya qoyduğu hədəflərlə bağlı dolğun təsəvvürlərin formalaşdırılması baxımından diqqəti xüsusilə cəlb edir.
Dövlət başçısı iclasda haqlı olaraq bildirib ki, enerji müstəqilliyi hər bir ölkənin milli təhlükəsizliyinin vacib komponentidir: “Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.
Dəhlizin üç əsas komponenti – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hazırda tam gücü ilə işləyir. Lakin sürətlə dəyişən qlobal enerji bazarı və artan tələbat fonunda bu infrastrukturun genişləndirilməsi vacib məsələ kimi qarşıya qoyulub. Azərbaycanın son bir il ərzində təbii qazını əlavə 5 ölkəyə ixrac etməsi və bu sayın 12-yə çatdırılması, o cümlədən 10 Avropa ölkəsinin bu siyahıya daxil olması qaz təchizatının coğrafiyasının davamlı şəkildə genişləndiyini göstərir. Toplantıda xüsusi vurğulanan məsələlərdən biri də enerji layihələrinin maliyyələşdirilməsinə dair bəzi beynəlxalq maliyyə institutlarının mövqeyi ilə bağlıdır. Azərbaycan Prezidenti onların faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq siyasətinin yenidən nəzərdən keçirilməsini təklif edib. Bu siyasət geosiyasi dəyişikliklər kontekstində istehsal, nəql və çatdırılma sahəsində müəyyən problemlərə yol aça bilər. Azərbaycanın təşəbbüsü və əzmkarlığı, eləcə də uzaqgörən siyasəti sayəsində 2015-ci ildə ərsəyə gələn Cənub Qaz Dəhlizi layihəsi bu gün Avropa qitəsinin qaz ehtiyaclarını qarşılayaraq, orada yerləşən ölkələrin enerji təhlükəzisliyinin qorunmasında əməli rol oynayır. Burada bir əsas məqam isə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin iştirakı ilə keçirilən bu ilki iclasın Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya-Avropa İttifaqının birinci sammitinin başlamasına təsadüf etməsidir. Belə ki, enerji təchizatı və təhlükəsizliyinin təmin olunmasında xüsusi əlaqələndirməni həyata keçirmək üçün resurslara malik Azərbaycan, eyni zamanda Cənubi Qafqazın lider dövləti olaraq region ölkələrinin Aİ-yə inteqrasiyası işində böyük təcrübəyə sahibdir. Bu məcrada Azərbaycanın Orta Asiya ölkələri ilə istər ikitərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşılığı, yaradılmış mövcud logistik infrastruktur həmin ölkələrin Aİ ilə əlaqələrinin daha sürətli inkişaf etdirilməsində dəstək olacaqdır. Etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində iştirakı, xüsusilə layihə çərçivəsində iclasların məhz Bakı şəhərində keçirilməsi ilə bu gün öz uğur hekayəsini uğurla davam etdirir. Enerji əməkdaşlığı artıq sadəcə resursların ötürülməsi deyil, qlobal təhlükəsizlik, iqtisadi sabitlik və iqlim çağırışlarına cavab vermək üçün ortaq məsuliyyət anlayışına çevrilir. Bu prosesdə Azərbaycan öz mövqeyini daha da gücləndirmək üçün praqmatik siyasət həyata keçirir. Bütün dünyada sülhün carçısı olan Azərbaycanın əlaqələndirilməsi ilə Cənub Qaz Dəhlizi layihəsi Avrasiyanın ən böyük infrastruktur layihələrindən biri olmaqla yanaşı, eyni zamanda dəhliz üzərində yerləşən dövlətlərin xalqlarının iqtisadi, mədəni, siyasi əlaqələrinin genişlənməsinə və dünyada əmin-amanlığın, təhlükəsizliyin dayanıqlılığına öz töhfəsini verir.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

