Yeni mərhələnin başlanğıcı
12.05.2025 [17:19]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Azərbaycanın bütün xarici dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətləri mövcuddur və bu mənada Vyetnam ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri də məhz ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur. Sürətlə inkişaf edən, xüsusilə də, tibb, texnologiya sahəsində innovativ sıçrayışlar əldə edən Vyetnam bizdən xeyli uzaq məsafədə yerləşsə də, iqtisadi, enerji və nəqliyyat məsələlərində Azərbaycanla əməkdaşlığa üstünlük verir. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Prezident cənab İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə də qeyd etdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. İki ölkə arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanır.
Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri tərəflər arasında səmimi münasibətlərin qurulmasında mühüm rol oynayıb. Bu əlaqələr uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatıb. Xüsusilə 2014–2015-ci illərdə baş tutmuş qarşılıqlı dövlət səfərləri Azərbaycan–Vyetnam əlaqələrində yeni səhifə açdı. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan–Vyetnam biznes forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr iki ölkənin münasibətlərinin institusional bazasını gücləndirdi.
Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud əməkdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoydu. Ölkə rəhbərinin müsahibəsi həm də strateji tərəfdaşlığa doğru yeni mərhələnin başlanğıcını simvolizə edir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.
Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. 1955-ci ildə bəstəkar Qara Qarayev Vyetnam müharibəsinə həsr olunmuş sənədli film üçün “Vyetnam süitası” bəstələyib. Bu əsər 2023-cü ildə Hanoyda tamaşaçılara təqdim olunub. 1959–1962-ci illərdə isə rejissor Əjdər İbrahimovun təşəbbüsü ilə Vyetnamda kino məktəbi yaradılıb və onun kino sahəsində verdiyi töhfələr Vyetnam tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, ölkənin ali “Əmək” ordeninə layiq görülüb. İki Ölkə arasında mədəni əlaqələr daim inkişaf etməkdədir. 2024-cü ildə Bakıda Vyetnam əsgərlərinin qəhrəmanlığına həsr olunmuş “Əfsanə yaradanlar” filminin nümayişi keçirilmişdir. Həmin il Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Bakıda Vyetnam Günləri təşkil olunmuşdu.
Təhsil sahəsində də ölkələr arasında uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir.
Hazırda Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Bu qurum qarşılıqlı təşəbbüslərin həyata keçirilməsi və daimi dialoqun aparılması üçün vacib platformadır. Həmçinin, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr də mütəmadi olaraq keçirilir və bu il aprelin ikinci yarısında növbəti görüş baş tutub. Parlamentlərarası əlaqələr də mövcuddur və hər iki ölkədə bu məqsədlə xüsusi işçi qrupları fəaliyyət göstərir. Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən bildirib ki, hər iki tərəf siyasi dialoqun inkişaf etdirilməsi üçün davamlı səylər göstərir, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Qeyd edək ki, Azərbaycan və Vyetnam beynəlxalq səviyyədə, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində də fəal əməkdaşlıq edir.
Əminliklə deyə bilərik ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq və münasibətlərimizin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

