Bu Zirvə görüşü dostluq və qardaşlığın sarsılmaz nümunəsi kimi tarixdə qalacaqdır
04.06.2025 [21:16]
Azərbaycanın Türkiyə kimi Pakistanla da əlaqələrinin dərin tarixi və mənəvi kökləri vardır. Bu üç ölkə bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Hər üç xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Azərbaycanın ayrılıqda həm Türkiyə, həm də Pakistanla strateji əməkdaşlığı var. Məhz Pakistan və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk iki dövlətdir. Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində də hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu iki ölkə Özbəkistanla bir yerdə bu günəcən Ermənistanla diplomatik münasibətləri olmayan ölkələrdir. 44 günlük Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi də Türkiyə və Pakistandan aldıq. Ordumuzun əldə etdiyi qələbə hər iki qardaş ölkədə çoşğu ilə qarşılandı, ölkəmizin hər yerində - küçələrdə, binalarda, maşınlarda və müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayrağı dalğalandı. Azərbaycamn xalqı o günləri. O şanlı Zəfəri heç vaxt unutmayacaq, xalqların nümunəvi dostluq ənənələrin daim yaşadacaqdır.
Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin möhkəmliyini təmin edən əsas amillərdən biri də bu münasibətlərin təkcə dövlətlərarası formatda deyil, həm də bu üç ölkənin xalqları arasında yaşanan dostluq əlaqələrinin olmasıdır.
Müharibədən sonra da hər iki ölkə ilə münasibətlərini və əməkdaşlığı davam etdirən ölkəmiz bu sahədə bir çox uğurlara imza ata bilmişdir. Mayın 28-də Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan Üçtərəfli Zirvə görüşü buna bir nümunədir.
Sayca ikinci olan Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev demişdir: “Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.”
Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar olduğunu qeyd edən ölkəmizin başçısı bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
Azərbaycanın enerji resurslarından səmərəli istifadə olunması, eyni zamanda müxtəlif ölkələrə çatdırılması sahəsində Türkiyənin rolunu yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişidiyini qeyd edib. Cənab Prezident deyib ki, “ Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.”
Eyni zamanda Azərbaycanın bütün məsələlərdə qardaş Türkiyənin və Pakistanın yanında olduğunu xüsusi vurğulayan ölkə başçısı Türkiyənin terrorla mübarizəsində, pakistanın Hindistanla münasibətlərində qardaş ölkələrin yanında olduğunu biuldirərək bunun daim belə olacağını qətiyyətlə bildirmişdir.
Bəli, Azərbaycanın birmənalı mövqeyi belədir. Bizim dostluğumuz da tariximiz qədər qədim, əsaslı və möhkəmdir. Hər üç ölkə liderinin bu Zirvə görüşü də bunu bir daha sübut etdi.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

