Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb
04.06.2025 [22:36]
28 May – Müstəqillik Günündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin azad edilmiş Laçın şəhərində çıxışı ölkəmizin müasir tarixində və yaddaşımızda həm strateji, həm də mənəvi baxımdan mühüm hadisə kimi yadda qaldı. Bu çıxış sadəcə bir dövlət rəhbərinin nitqi deyil, həm də Azərbaycanın geosiyasi reallıqlarının, regional əməkdaşlıq modelinin və milli iradəsinin ifadəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, onun rəhbərliyi ilə Azərbaycan dövləti yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, həm də bölgədə sabitlik, inkişaf və tərəqqi naminə möhkəm təməl yaradır. Vaxtilə işğala məruz qalmış və indi yenidən həyatın qaynayıb çağladığı strateji məkanda - Laçında etdiyi çıxış xalqın Prezidentə olan sonsuz etimadını daha da gücləndirdi.
Prezidentin çıxışında xüsusi yer tutan Azərbaycan–Türkiyə–Pakistan üçlüyü artıq regional əməkdaşlıq modeli olmaqla yanaşı, qlobal təhlükəsizlik arxitekturasında da yeni bir yanaşmanın nümunəsidir. Laçında keçirilən ikinci üçtərəfli Zirvə görüşü, dövlət başçısının da qeyd etdiyi kimi, bu birliyin gücünü və əhəmiyyətini bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi odur ki, bu qardaşlıq yalnız siyasi deyil, həm də mənəvi, tarixi və mədəni köklərə əsaslanır. Türkiyənin və Pakistanın İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək heç zaman unudulmayacaq və bu dəstək bizim qələbəmizə aparan yolun mühüm dayaqlarından biri oldu.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın XX əsrin əvvəlində yaşadığı tarixi ədalətsizlikləri – Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Qərbi Zəngəzurun qoparılıb Ermənistana verilməsi, Laçının işğalı və Xocalı soyqırımı kimi hadisələri xatırladaraq, bu ədalətsizliklərə qarşı xalqımızın iradə ilə cavab verdiyini vurğuladı: "Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirdi. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır.
Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb.
Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir" Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.
Bu gün azad edilmiş torpaqlarda aparılan sürətli və sistemli quruculuq işləri – hava limanları, dəmir yolları, məktəblər, xəstəxanalar və digər infrastruktur layihələri Prezidentin strateji baxışının təzahürüdür. Artıq 43 mindən çox insan doğma yurduna qayıdıb və bu proses davam edir. Ölkə Prezidentinin çıxışında qeyd etdiyi kimi, Azərbaycan artıq dörd ildən çoxdur ki, qalib xalq və qalib dövlət kimi yaşayır. Bu status təsadüfən əldə olunmayıb – bu, sistemli siyasətin, xalq-iqtidar birliyinin və güclü liderliyin məntiqi nəticəsidir. Bugünkü Laçın – yalnız bir şəhər deyil, həm də əzmin, qələbənin, qardaşlığın və yenidən doğuşun simvoludur. Prezident İlham Əliyev bu reallıqları öz çıxışında aydın və qətiyyətli şəkildə ifadə etdi: "Biz qayıtmalıydıq və qayıtmışıq."
Prezident İlham Əliyevin Laçın çıxışı təkcə bir bayram çıxışı deyil, həm də Azərbaycanın siyasi iradəsinin, regional liderliyinin və beynəlxalq nüfuzunun bəyanatıdır. Bu çıxış həm tarixə yazıldı, həm də gələcək üçün yol xəritəsinə çevrildi.
Şövqi Həsənov,
YAP Şəmkir rsyon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

