Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə töhfə verir
08.07.2025 [18:40]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Bu bəyanatlar həm ikitərəfli münasibətlərin inkişafı, həm də gələcək perspektivləri əks etdirir və Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yeni mərhələnin başlanğıcını göstərir.
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildən mövcuddur və bu illər ərzində ölkələr arasında əməkdaşlıq hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Ortak mədəniyyət, dil, din və tarix dövlətlərarası əlaqələrin möhkəmlənməsində əsas rol oynayır. Bu əlaqələr Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda da özünü göstərir. İki ölkənin parlamentləri arasında fəal dialoq mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisində və Özbəkistan Respublikasının Ali Məclisində parlamentlərarası işçi qruplar fəaliyyət göstərir ki, bu da qanunvericilik sahəsində əməkdaşlığı və qarşılıqlı anlayışı gücləndirir.
Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Dövlət başçısı qeyd edib ki, bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Həmin sənəd yalnız siyasi və diplomatik baxımdan deyil, həm də strateji tərəfdaşlıq və genişmiqyaslı əməkdaşlıq üçün mühüm rol oynayır. Müttəfiqlik statusu ölkələrimizin beynəlxalq arenada bir-birinə dəstək verməsi, həmçinin sosial-iqtisadi, və digər sahələrdə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün güclü platforma yaradır.
Özbəkistanın sürətli inkişafı, islahatların genişmiqyaslı olması və iqtisadi potensialının yüksəlməsi Azərbaycan üçün də böyük maraq və sevinc mənbəyidir. Ölkənin beynəlxalq arenada nüfuzunun artması və investisiya mühitinin yaxşılaşdırılması dost və qardaş ölkələr üçün geniş imkanlar açır. Özbəkistan ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin yüksəlməsi bu əməkdaşlığın əsas prioritetlərindəndir.
İki ölkə arasında yaradılan Birgə İnvestisiya Fondu artıq praktik layihələrlə təmin olunub. 500 milyon dollarlıq nizamnamə kapitalına malik fond vasitəsilə energetika, tikinti, kənd təsərrüfatı, mehmanxana biznesi kimi sahələrdə birgə layihələrin reallaşdırılması planlaşdırılır. Bu, həm qarşılıqlı sərmayələrin artması, həm də ölkələrimizin iqtisadiyyatlarının daha da yaxınlaşması üçün mühüm addımdır.
Azərbaycan və Özbəkistan arasında nəqliyyat infrastrukturunun şaxələndirilməsi və inkişaf etdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindən biridir. Orta Dəhliz layihəsi çərçivəsində yükdaşımaların artması, genişmiqyaslı logistik imkanların yaradılması ölkələr üçün strateji əhəmiyyət daşıyır. İkitərəfli və çoxtərəfli formatda bu sahədə əlaqələrin davam etdirilməsi, Mərkəzi Asiya regionunun nəqliyyat-kommunikasiya imkanlarının artırılması qarşılıqlı maraqları təmin edir.
Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq önəmlidir, xüsusilə pambıqçılıq və ipəkçilik sahəsində Özbəkistanın təcrübəsi Azərbaycanın marağındadır və iki ölkə arasında bu istiqamətdə birgə layihələr həyata keçirilir. Sosial infrastruktur sahəsində isə Qarabağın bərpası çərçivəsində Özbəkistanın təşəbbüsləri və verdiyi dəstək xüsusi qeyd olunmalıdır. Mirzə Uluqbəy adına məktəbin tikintisi və Xankəndidə yaradılan tikiş fabriki bu əməkdaşlığın bariz nümunələridir.
Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı və Bakının mərkəzində “Özbəkistan” parkının yaradılması ölkələrimiz arasında dostluq münasibətlərinin təzahürüdür. Bu cür layihələr xalqlar arasında əlaqələrin dərinləşməsi və qarşılıqlı hörmətin artmasına xidmət edir.
Azərbaycan və Özbəkistan münasibətləri tarixi qardaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanır. Özbəkistan Prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin növbəti əlaməti olub. İqtisadi, siyasi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, investisiya layihələrinin reallaşdırılması və mədəni əlaqələrin gücləndirilməsi iki ölkənin gələcəkdə də bir-birinə dəstək olacağını nümayiş etdirir. Bu dostluq münasibətləri həm ölkələrimiz, həm də regionun davamlı inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxSosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50

