Milli dəyərlərimizin təməli – Ana Dilimiz və əlifbamız
31.07.2025 [18:06]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
1 Avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün ölkəmizin tarixində mühüm mərhələlərdən birini təcəssüm etdirir. Azərbaycan dili xalqımızın milli kimliyinin, mədəniyyətinin və mənəviyyatının ayrılmaz hissəsidir. Tarix boyu müxtəlif çətinliklərə baxmayaraq, Azərbaycan dili xalqın mənəvi dayağı olmuş, onun birliyini və milli varlığını qoruyub saxlamışdır. Azərbaycan əlifbası isə bu dilin ifadə vasitəsi, onun yazılı şəkildə yaşamasının və inkişaf etməsinin əsas vasitəsidir. 1 Avqustun Azərbaycan əlifbası və dili günü kimi qeyd olunması 2001-ci ildən etibarən rəsmi xarakter daşıyır. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə bu gün milli-mənəvi dəyərlərin qorunması və dilimizin inkişafına diqqətin artırılması məqsədilə təsis olunmuşdur. Həmin fərmanda vurğulanır ki, Azərbaycan dili dövlət dili kimi xalqımızın milli varlığının əsas amilidir və onun dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi vacibdir. Bu günün qeyd olunması həm də gənc nəsildə ana dilinə sevgi, ona düzgün yanaşma və dilin saflığının qorunmasına töhfə verir. Azərbaycan əlifbasının tarixi bir neçə mərhələdən keçmişdir. Tarix boyu ölkəmizdə ərəb, latın və kiril qrafikalı əlifbalar istifadə olunmuşdur. 1929-cu ildə latın qrafikalı əlifbaya keçid edilmiş, 1940-cı ildə isə sovet rejiminin tələblərinə uyğun olaraq kiril əlifbası tətbiq olunmuşdur. Lakin müstəqillik qazanıldıqdan sonra milli kimliyin daha aydın ifadəsi və beynəlxalq aləmlə inteqrasiyanın gücləndirilməsi məqsədilə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçid haqqında qərar qəbul olunmuşdur. Bu dəyişiklik dilimizin inkişafı və dünya azərbaycanlılarının bir araya gəlməsi baxımından mühüm addım oldu. Azərbaycan dili bu gün təkcə ölkə daxilində deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında əlaqə vasitəsidir. Bu dil minilliklər boyu formalaşaraq zənginləşmiş, böyük ədəbiyyat nümunələri, şifahi xalq yaradıcılığı və elmi əsərlərlə dolu bir xəzinəyə çevrilmişdir. Nizami, Füzuli, Vaqif, Sabir, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Səməd Vurğun kimi böyük şəxsiyyətlər məhz bu dildə yaratmış, dilimizin zənginliyini, ifadə imkanlarını parlaq şəkildə nümayiş etdirmişlər. Hazırda Azərbaycan dilinin qorunması, inkişafı və təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Təhsil sistemində ana dilinə xüsusi diqqət yetirilir, media və nəşriyyat sahəsində Azərbaycan dilində yayımlar geniş vüsət alır. Dövlət sənədləri, qanunvericilik aktları və rəsmi ünsiyyət yalnız Azərbaycan dilində aparılır. Bu da dilimizin dövlət statusunun real şəkildə təmin olunmasının göstəricisidir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bizə həm də bir məsuliyyəti xatırladır: öz ana dilimizi sevmək, onu qorumaq, təhriflərdən uzaq saxlamaq və gələcək nəsillərə daha da zənginləşmiş şəkildə ötürmək. Hər bir Azərbaycan vətəndaşının borcu öz dilinə hörmətlə yanaşmaq, onu düzgün və səlis danışmaq, yazmaq və təbliğ etməkdir. Bu, həm də milli şüurun, vətənə sevginin təzahürüdür. 1 Avqust təkcə təqvimdə bir gün deyil, milli kimliyimizin, mədəni irsimizin və dilimizin təntənəsi olan bir gündür. Ana dilimizi yaşatmaq və inkişaf etdirmək isə hər birimizin müqəddəs borcudur.
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

