Həyata keçirilən dövlət siyasəti xalqımızın ali mənafeyinə xidmət edir
22.09.2013 [10:56]
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Xızı rayonu üzrə seçki qərargahı Qarabulaq kəndində seçicilərlə görüşlər keçirib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Xızı rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində rayonun Qarabulaq kəndində seçicilərlə görüşlər keçirilib.
Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev deyib ki, ötən 10 il ərzində dayanıqlı, çevik, şəffaf və sabit bir islahatlar sisteminin qurulması, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması Azərbaycanda mühüm nailiyyətlərin əldə edilməsinə geniş zəmin yaradıb: “Ölkəmizdə şəffaf iqtisadi idarəetmənin qurulması biznesin inkişafına güclü təkan verib, sahibkarların əlverişli fəaliyyəti üçün hərtərəfli imkanlar yaradıb”.
Çıxışçı daha sonra qeyd edib ki, Azərbaycanda möhkəm sabitlik şəraitində müşayiət olunan inkişaf dinamikası və sağlam iqtisadiyyat ölkəmizin beynəlxalq miqyasda reytinqinin artmasında əhəmiyyətli rol oynayıb: “Bu sabitlik isə məhz cənab İlham Əliyevin gərgin əməyinin bəhrəsidir. Bizlər də növbəti 5 ildə uğurlarımızın davamı üçün cənab İlham Əliyevi dəstəkləməliyik”.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, respublikamızın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq bu gün ölkədə xalq-iqtidar birliyini daha da möhkəmləndirir: “Dövlət başçısı İlham Əliyevin tez-tez paytaxtın ayrı-ayrı rayonlarında, qəsəbələrində, eyni zamanda, bölgələrimizdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşməsi, onların problemləri ilə yaxından tanış olaraq, həmin problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verməsi də ölkə əhalisinə qayğının təzahürüdür. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonların və qəsəbələrin siması əhəmiyyətli dərəcədə dəyişib, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Dövlət başçısının hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqda sərəncamlar imzalaması və dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması da bu diqqət və qayğıdan irəli gəlir. Dövlət başçısının vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yüksəkliyi vardır”.
Daha sonra tədbirdə çıxış edən Qarabulaq kəndinin ağsaqqalı Bayram Qocayev bildirib ki, 2003-cü ildən ölkəmiz sürətlə inkişaf edir: “Ötən dövr ərzində qəbul olunan Dövlət proqramlarının icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti mütəmadi olaraq regionlara səfərlər edərək görülən işlərlə əyani tanışlıq imkanı qazanıb, mövcud problemlərin həlli üçün yerli icra orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib, vətəndaşlara həssas münasibət nümayiş etdirib. Bu səfərlər dövlət başçısına vətəndaşların həyat tərzi, düşüncələri, arzu və istəkləri, eyni zamanda, regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə yaxından tanış olmaq imkanı yaradır. Biz bu gün tam əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyev bizləri düşünür. Biz də 9 oktyabrda cənab Prezidentə səs verəcəyik”.
Digər çıxışçılar da bildiriblər ki, ölkə Prezidenti cənab İlham Əliyev bu gün inkişafın, əhalinin maddi rifahının təminatıdır. Buna görə də xızılılar YAP-ın namizədinə səs verəcəklər.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21

