Şuşa ziyalıları cənab İlham Əliyevə səs verəcəklər
23.09.2013 [09:30]
YAP Şuşa rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon ziyalıları ilə görüş keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Şuşa rayon təşkilatı bu istiqamətdə sentyabrın 21-də rayonun ziyalıları ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev cənab İlham Əliyevin son 10 ildə Azərbaycan xalqı və dövləti üçün gördüyü böyük işlərdən danışıb.
Çıxışında rayon ziyalılarını prezident seçkilərində fəal olmağa səsləyən Təvəkkül Əliyev Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyevin bu seçkilərdə də alternativsiz lider olduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan bütün sahələr üzrə inkişaf mərhələsinə qədəm qoyub. Qaçqın və məcburi köçkünlərin əsas fikri, düşüncəsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsaslı dönüş yaranıb. Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət dünyanın Azərbaycanın bu haqq işinə dəstək verməsinə gətirib çıxarıb. Şuşa ictimaiyyəti, o cümlədən, rayon ziyalıları inanırlar ki, gələcək beşillikdə Prezident İlham Əliyevin başçılığı ilə Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistanın işğalından azad olacaq. Bu işdə xalqımız Prezidentə, Ali Baş Komandana hər zaman dəstək verib”.
Tədbirdə çıxış edən millət vəkil Elman Məmmədov Azərbaycanın əldə etdiyi iqtisadi yüksəlişin hər bir sahədə köklü dəyişikliklər və sıçrayışlarla müşahidə olunduğunu diqqətə çatdırıb. O, əldə edilən iqtisadi uğurları qaçqınların və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılmasına da təkan verdiyini deyib: “Məlum olduğu kimi, qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunmuş Dövlət proqramları ötən dövr ərzində böyük uğurla icra edilib. Ümumiyyətlə, ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələsi hər zaman dövlətin diqqət mərkəzində olub. Bu istiqamətdə aparılan siyasət bu gün də davam etdirilir. Prezident İlham Əliyevin maaşların, təqaüdlərin, o cümlədən, məcburi köçkünlərin müavinətlərinin artırılması ilə bağlı davamlı olaraq imzaladığı sərəncamlar bir daha göstərir ki, ölkə başçısı vətəndaşların sosial təminatı məsələsini hər zaman olduğu kimi, prioritet sahələrdən sayır. Bir sözlə, Azərbaycan xalqı ölkənin iqtisadi yüksəlişini öz həyatında hiss edir. Bu yüksəliş isə Prezident-Xalq birliyinin ortaya qoyduğu nailiyyətdir. Bütün görülən işlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı gələcək beşillik üçün öz sosial rifahına, sabit gələcəyinə səs verəcək. Xalqın seçimi məhz cənab İlham Əliyev olacaq!”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Flora Qasımova bildirib ki, bu gün Azərbaycan gənclərinin beynəlxalq səviyyədə yetişməsi, Avropa tədrisini mənimsəməsi üçün tam imkanlar var. Aparılan təhsil islahatları imkan verir ki, gənclərimiz ən son texnologiyalardan istifadə etməklə daha da irəli getsinlər. Dünyada az-az ölkələr var ki, gənclər günü orada qeyd olunur: “Azərbaycanda da xüsusi olaraq Gənclər Günü qeyd olunur. Bu isə məhz Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan irəli gəlir. Azərbaycan inkişaf edir, iqtisadi islahatlar aparılır, ölkədə siyasi sabitlik var. Görülən hər bir iş, atılan hər bir addım ölkənin sabahı olan gənclərin gələcəyini təmin etməyə yönəlib. Dövlət başçısının imzaladığı Sərəncama əsasən artıq hər bir gənc xaricdə təhsil ala bilər. Bu, dövlətin gənclərin inkişafında nə qədər maraqlı olduğunu göstərir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, gənclərimiz təhsil almalı, bilikli və savadlı olmalıdırlar”.
Daha sonra rayon ziyalıları Vüsalə Fətəliyeva, Ramiq Məhərrəmov, Zahid Abbasov, İqrar Əliyev, Cəmilə Əhmədova, Nazilə Əzizova və başqaları çıxış edərək ölkəmizin sürətli inkişafından, uğurlu gənclər siyasətindən, sosial sahələrdə görülən işlərdən, ümumilikdə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kursdan söz açıblar. Rayon ziyalıları hər bir Azərbaycan seçicisini qarşıdan gələn prezident seçkilərində fəal olmağa, xalqımızı cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirin sonunda incəsənət xadimləri tərəfindən vətənpərvərliyə həsr edilən mahnılar səsləndirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

