/ / Ölkə başçısı “Əl Ərəbiyyə”yə müsahibəsində səsləndirdiyi fikirlər yeni dünya düzənində regionumuzun yeni “YOL XƏRİTƏSİ”dir
Ölkə başçısı “Əl Ərəbiyyə”yə müsahibəsində səsləndirdiyi fikirlər yeni dünya düzənində regionumuzun yeni “YOL XƏRİTƏSİ”dir
28.08.2025 [23:47]
Birmənalı şəkildə deyə bilərik ki, ölkə başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə regionumuzda və beynəlxalq münasibətlər prosesində hazırda cərəyan edən mühüm məqamlara diqqət çəkib. Eyni zamanda, Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu müsahibə çox önəmli bir məqamda - dünyada geosiyasi vəziyyətin sürətlə dəyişdiyi bir dönəmdə Azərbaycanın sabit mövqeyinin bir daha möhtəşəm şəkildə nümayişidir.
Müsahibədə diqqətçəkən məqamlardan biri də İranla münasibətlərə verilən önəm idi. Azərbaycan Prezidentinin “biz eyni dildə danışırıq” – fikri diplomatiyanın ən gözəl ifadəsidir. Burada yalnız dil deyil, ruh yaxınlığı da var. “Zəngəzur dəhlizi”nin təhlükə yox, əksinə İran üçün fürsət olduğu mesajı regionda yeni əməkdaşlıq modelinin əsasını qoyur. Zəngəzur dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan coğrafiyasını dünyanın əsas tranzit yollarına çevirən böyük layihələrdir. Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də qlobal nəqliyyat qovşağıdır. Bakıdan Naxçıvana, oradan Yaxın Şərqə, Asiyadan Avropaya uzanan yolların mərkəzində Azərbaycan dayanır.
Müsahibənin fərqli cəhətlərindən biri də odur ki, dövlətimizin başçısının tezisləri yalnız informasiya xarakterli çıxış deyildi, o, həm də Azərbaycan xalqının qəlbində qürur, inam və etimad hissi oyadan, milli ruhu yüksəldən nitq oldu. Dövlətimizin başçısının hər bir ifadəsi, hər bir vurğusu Azərbaycanın gücünü, liderin müdrikliyini və diplomatik bacarığını açıq şəkildə göstərdi.
Prezident İlham Əliyevin sektarizmə qarşı fikirləri isə təkcə region üçün deyil, bütün müsəlman dünyası üçün çağırışdır. Azərbaycan sünni və şiə icmalarının, xristianların, yəhudilərin və digər millətlərin, dini icmaların harmoniya halında yaşadığı unikal məkandır. Bu model həm daxili birliyi möhkəmləndirir, həm də beynəlxalq aləmdə ölkəmizin humanist obrazını gücləndirir.
Dövlətimizin başçısının müsahibəsini dinlədikcə hər bir vətəndaş bir daha qürur duyur ki, Azərbaycan nə qədər uzun və şərəfli bir yol qət etdi, uzun sürən və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan nəticəsiz danışıqlar geridə qaldı. Azərbaycan öz gücü ilə münaqişəni həll etdi, regiona sülh gətirdi, uğurlu diplomatiyası və səbirli siyasəti sayəsində dünyanın müxtəlif qitələrindən olan ölkələrdən özünə daha çox dost qazandı, üzləşdiyi münaqişəni həll etməklə yanaşı, bu gün regional sülh və dialoq proseslərinə töhfə verir. “Bütün bunlar bir dövlət olaraq Azərbaycanın dünyada nüfuzunun artmasında çox böyük rol oynadı. Biz indi şahidi oluruq ki, həm qonşuluqda, eyni zamanda, dünyanın digər bölgələrində öz ərazi bütövlüyünü həll edə bilməyən ölkələr var.
Müsahibənin mühüm hissələrindən biri Türk Dövlətləri Təşkilatına (TDT) dair açıqlamalardır. Prezident İlham Əliyev qeyd etdi ki, TDT hazırda böyük potensiala malikdir və Azərbaycan daim bu qurumu gücləndirməyə sadiqdir. Təşkilat əvvəlcə məşvərətçi qrup və şura kimi fəaliyyətə başlayıb, zamanla isə strateji platformaya çevrilib. Bu, göstərir ki, Azərbaycan yalnız milli maraqları qorumaqla kifayətlənmir, həm də Türk dünyasında əməkdaşlığın və inteqrasiyanın güclənməsinə böyük töhfələr verir.
Türk Dövlətləri Təşkilatı son üç ildə bir xeyli güclənib. Dünyanın diqqətini özünə çəkməyi bacarıb. Ölkə başçısı İlham Əliyev də “Əl Ərəbiyyə”yə müsahibəsində bu məqama toxundu. Çünki TDT-də təmsil olunan ölkələrin böyük əksəriyyəti karbohidrogen yataqlara, təbii sərvətlərə malik olan məmləkətlərdir. Üstəlik, Təşkilata üzv ölkələrin prezidentləri tərəfindən həyata keçirilən fəaliyyətlərin Türk dünyasının ortaq maraqlarına xidmət edirlər. İstanbul, Səmərqənd və Astana sammitlərindən sonra TDT-nin nüfuzunu daha da artdığını Qərb mətbuatı da dilə gətirir. TDT-nin bu gün sadəcə liderlərin bir araya gəldiyi struktur olmaqdan çıxaraq, hər sahədə əməkdaşlığın inkişaf etdiyi, dərinləşdiyi bir quruma çevrilib.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı artıq gələcəyin üçüncü qütbünü – Turan blokunu formalaşdırır. Yəni hazırda onun alt bünövrəsini hazırlayır. Beynəlxalq güclər, böyük oyunçular da bunun fərqindədirlər. Məhz bu səbəbdən də Turan Birliyini həzm edə bilməyən beyin mərkəzləri onun güclənməsindən əməlli-başlı narahatlıq keçirirlər. Bu baxımdan, Türk Birliyinin pozulmasına qarşı zaman-zaman alternativ həmlələr həyata keçirmək haqqında düşünürlər. Onlar anlayırlar ki, Türk Birliyi gələcəkdə təkcə siyasi yox, həm də hərbi-siyasi, iqtisadi güc mərkəzinə çevriləcək.
Türk Birliyinə qənim kəsilməyə çalışanlar bir çox hallarda onun daha da güclənməsinə şərait yaratmağa məcbur qalırlar. Ona görə ki, geostrateji baxımdan Türk Birliyi ölkələri böyük nəqliyyat habını təşkil edirlər. Söhbət Güney Qafqazdan keçən Orta dəhlizdən gedir. Bir sözlə, yaxın iki onillikdə TDT BMT-dən sonra dünyanın ən aparıcı təşkilatına çevriləcək. Çünki indi bütün saatlar Türk Dövlətləri Təşkilatının lehinə, xeyrinə işləyir.
Azərbaycan nadir ölkələrdən oldu ki, öz mübarizəsi ilə BMT və ATƏT-in həll edə bilmədiyi münaqişəni özü təkbaşına həll etdi. Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun döyüşkən ruhu sayəsində dünyanın ən böyük və güclü dövləti ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşmasına imza atdı. Şübhəsiz ki, bütün bunlar dövlətimizin son illərdə əldə etdiyi ən böyük nailiyyətlərdir və bu uğurların arxasında güclü iradə, düşünülmüş siyasət və böyük zəhmət dayanır.
Azərbaycan və Türkiyə arasında mövcud sıx münasibətlər 2021-ci ildə Şuşada imzalanmış Bəyannaməyə əsaslanır. Bu sənəd iki ölkəni hərbi və siyasi müttəfiqlər kimi birləşdirir və yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bundan əlavə, Özbəkistanla imzalanmış müttəfiqlik müqaviləsi və digər üzvlərlə mövcud strateji tərəfdaşlıq sənədləri Azərbaycanı regionda aparıcı və etibarlı tərəfdaş kimi təqdim edir.
Prezident İlham Əliyev müsahibədə vurğuladı ki, təşkilatın gücünü təmin edən əsas amil üzv ölkələrin ortaq tarixi köklərə və mədəni dəyərlərə malik olmasıdır. Bu xüsusiyyət TDT-yə yalnız regional deyil, həm də qlobal səviyyədə unikal mövqe qazandırır. Üzv ölkələrin əhalisinin artması və iqtisadi inkişafla dəstəklənməsi əlavə üstünlük yaradır, Türk dünyasının potensialını daha da gücləndirir. Azərbaycanın strateji mövqeyi, ordusunun gücü və ərazisindən keçən nəqliyyat dəhlizləri regionun logistika imkanlarını artırır, ölkəmizi həm strateji, həm də iqtisadi baxımdan önəmli bir oyunçu kimi təqdim edir.
Dövlətimizin başçısı, həmçinin qeyd etdi ki, TDT üzvləri arasında siyasi sabitlik və dost münasibətlər mövcuddur, bu isə təşkilatı daha da gücləndirir. Gələcəkdə TDT konkret layihələr, investisiyalar, enerji və daşımalar sahəsində əməkdaşlıq, mədəniyyət və humanitar layihələrlə daha da möhkəmlənəcək. Azərbaycan bu platformada həm regional, həm də qlobal arenada rol oynayan, sabitliyi təşviq edən güclü bir oyunçu kimi çıxış etməyi hədəfləyir.
Prezident İlham Əliyevin müsahibəsi müxtəlif beynəlxalq aktorlara ünvanlanan siyasi mesajlar toplusu idi. ABŞ və Avropa İttifaqına ünvanlanan mesaj Azərbaycanın Qərblə əməkdaşlığa açıq olduğunu, regional sabitliyə töhfə vermək niyyətini göstərir. İran üçün bu, qarşıdurmanın faydasız, əməkdaşlığın isə zəruri olduğunu təsdiqləyir.
Dövlət başçısı bir daha göstərdi ki, Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, beynəlxalq əməkdaşlıqda da konstruktiv mövqe tutur. Bu isə həm ölkəmizin regional liderliyini möhkəmləndirir, həm də qlobal siyasi-iqtisadi sistemdə əhəmiyyətini artırır.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

