Son 10 ildə təhsilin inkişafı üçün mühüm olan dövlət proqramları qəbul edilib
25.09.2013 [10:21]
YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı 9 oktyabr prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Bu qəbildən olan növbəti görüş isə dünən müəllim-tələbə heyəti ilə keçirilib.
Görüşü giriş sözü ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) prorektoru Sirac Məmmədov ölkəmizin növbəti prezident seçkiləri ərəfəsində olduğunu bildirib. Daha sonra Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu siyasətdən danışan S.Məmmədov deyib ki, bu gün Azərbaycan regionun aparıcı dövlətinə çevrilib: “Doğrudan da, son 10 ildə əldə olunan uğurların sayı-hesabı yoxdur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, təhsil sahəsində kompleks islahatlar aparılır”.
Sonda Sirac Məmmədov seçkidə hər kəsi fəal olmağa çağırıb.
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Bu gün partiyamızın namizədinin təbliğat-təşviqat kampaniyası gedir. Bu kampaniya çərçivəsində ən müxtəlif görüşlər keçirilir və seçicilərlə müzakirələr aparılır” - deyib.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin əksəriyyətinin məhz müstəqillik illərində doğulduğunu deyən YAP Binəqədi rayon təşkilatının sədri ölkəmizdə son 10 ildə təhsilin inkişafı üçün mühüm olan dövlət proqramlarının qəbul edildiyini bildirib. Həyata keçirilən dövlət proqramları sayəsində ölkəmizin sürətlə inkişaf etdiyini deyən Ramiz Göyüşov müəllim-tələbə heyətini seçkilərdə fəal şəkildə iştirak etməyə və cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətə səs verməyə səsləyib.
Sonra tədbirdə çıxış edən Milli Məclisin üzvü Rafael Cəbrayılov da Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətindən danışıb və gəncləri seçkilərdə aktiv iştirak etməyə səsləyib. “Bütün dövrlərdə insan üçün azadlıq hüququndan sonra ikinci mühüm hüquq seçki hüquq olub. Bu mənada mən istərdim ki, hər bir gənc, hər bir seçici seçkilərdə iştirak etsin və vicdanla seçim etsin” - deyən millət vəkili, həmçinin, çıxışında ölkəmizdə aparılan sosial-iqtisadi siyasət barədə də danışıb.
Sonra çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov ölkədə intellektual potensialın inkişaf etdiyini və Prezident İlham Əliyevin elmə, təhsilə daim diqqət göstərdiyini bildirib. Azərbaycanda neft kapitalının intellektual kapitala çevrilməsi istiqamətində böyük işlərin görüldüyünü deyən rektor gəncləri 9 oktyabrda cənab İlham Əliyevə səs veməyə çağırıb.
Tədbirdə çıxış edən Akademiyanın müəllimi, professor Rafiq Zeynalov, Akademiyanın tərbiyə işləri üzrə təlimatçısı Şərafəddin Şərifov, YAP ərazi ilk partiya təşkilatının sədri Hökumə Əkbərova, həmçinin, Akademiyanın iqtisadiyyat və inzibati idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Nigar Camalzadə 9 oktyabr seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

