Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ən ali dəyərdir
19.09.2025 [14:18]
2020-ci il sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq başlamış Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan öz tarixi torpaqlarını 30 illik işğaldan azad etmiş və ərazi bütövlüyünün bərpasına nail olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu özü BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrini yerinə yetirmişdir.
Tarixi Zəfərdən sonra Azərbaycan sülh çağrışları edir, dəfələrlə Ermənistanı sülhə dəvət edirdi. Lakin işğalçı dövlət hər dəfə müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırır, eyni zamanda suveren ərazilərimizdə terrorçu dəstələri ilə silahlı təxribatlarını davam etdirirdi.
2023-cü il sentyabrın 19-da Ermənistana aid silahlı dəstələr tərəfindən işgaldan azad edilmiş ərazilərimizdə növbəti dəfə terror aktları törətmiş, bunun nəticəsində mülkü vətəndaşlarımız , hərbi qulluqçularımız həlak olmuşdur. Elə həmin gün Azərbaycan Silahlı qüvvələri azad edilmiş ərazilərimizdə antiterror əməliyyatına başlamışdır. Məqsəd törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi idi.
Cəmi 23 saat ərzində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək öz məqsədinə nail oldu. Antiterror əməliyyatı nəticəsində separatizmə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Ölkəmiz öz gücünü bir daha düşmənə, onların havadarlarına , eləcə də bütün dünyaya göstərdi.
2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”-deyən xalqımızın Ümummilli lideri Heydər Əliyevin bütün arzuları bu gün reallığa çevrilib, vəsiyyəti yerinə yetirilib. Ulu öndərin Azərbaycan xalqına bəxş etdiyi qətiyyətli Lider, böyük sərkərdə İlham Əliyevin iradəsinin nəticəsidir ki, bu gün Azərbaycan bir bütündür, suverendir. Müstəqilliyimiz heç zaman olmadığı qədər möhkəm və sarsılmazdır. Məhz prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində müstəqil, suveren Azərbaycan Ulu öndərin görmək istədiyi , arzuladığı kimi heç kimdən, heç bir ölkədən asılı deyil, güclü və qüdrətlidir.
Bu gün artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.
2025-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm hadisə kimi yaddaşlara yazıldı. Bu dövlət başçımızın müstəqilliyimizə , süverenliyimizə, Ana qanunumuza, xalqımızın birliyinə nə qədər dəyər verməsinin göstəricisidir.
Bu gün üçrəngli ay ulduzlu, möhtəşəm Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə qürurla, əzəmətlə dalğalanmaqdadır və əbədi olaraq dalğalanacaq.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

