25 Oktyabr - Qubadlının Qürur Günü
24.10.2025 [15:54]
Azərbaycanın şanlı tarixi çox qəhrəmanlıq səhifələri görüb. Lakin 2020-ci ilin 25 oktyabrı bu səhifələr arasında xüsusi bir zirvəyə çevrildi. Həmin gün Qubadlı şəhəri işğaldan azad edildi. Bu, təkcə bir rayonun azadlığı deyildi – bu, 30 illik həsrətin, minlərlə insanın doğma yurduna qayıtmaq arzusunun gerçəyə çevrildiyi gündür.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlının azad olunması barədə danışarkən bu tarixi hadisəni belə səciyyələndirib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Bu sözlər həm Qubadlı sakinlərinin taleyinə, həm də bütöv Azərbaycanın tarixindəki dönüş nöqtəsinə çevrildi. Çünki Qubadlının azad edilməsi ilə birlikdə Ordumuz Zəngilan və Laçın istiqamətində strateji üstünlüyü tam ələ aldı, Şuşaya gedən yolun qapısı geniş açıldı.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə minlərlə ailə öz doğma yurd-yuvasından didərgin düşdü, kəndlər, məktəblər, tarixi abidələr, məscidlər viran qoyuldu. Lakin xalq heç vaxt bu torpaqları unutmamış, Qubadlı adı həmişə ümid, dözüm və qayıdış simvoluna çevrilmişdi.
27 il sonra isə Azərbaycan Ordusu bu həsrətə son qoydu. 2020-ci ilin Vətən müharibəsində qəhrəman əsgərlərimiz canları və qanları bahasına Qubadlını düşməndən azad edərək üçrəngli bayrağımızı yenidən şəhərin üzərində dalğalandırdılar. Qubadlının azad olunması, əslində, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, planlaşdırma qabiliyyətinin və texnoloji üstünlüyünün parlaq nümunəsi idi. Qubadlı istiqamətində aparılan əməliyyatlar zamanı dağlıq relyef, çətin hava şəraiti və düşmənin möhkəmləndirilmiş müdafiə xətləri əsgərlərimizi dayandıra bilmədi.
Azərbaycan əsgəri hər qarış torpağı uğrunda vuruşdu, hər daşı Vətən bildi. Qubadlının azadlığı Vətən müharibəsindəki ümumi qələbəmizin vacib mərhələsi oldu. Qubadlı rayonunun strateji əhəmiyyətini artıran mühüm elementlərdən biri “Qubadlı” gömrük postunun yaradılmasıdır. Bu post bölgənin iqtisadi canlanmasına, ticarət əlaqələrinin genişlənməsinə və azad edilmiş ərazilərdə infrastrukturun bərpasına mühüm töhfə verir. Yeni gömrük-keçid məntəqəsi həm Qubadlının, həm də bütün Cənub-Qərb istiqamətindəki kommunikasiya sisteminin inkişafına xidmət edir.
Azadlıqdan sonra Qubadlıda dirçəliş dövrü başladı. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu mühüm qərar təkcə yol infrastrukturunun deyil, həm də bölgənin sosial-iqtisadi həyatının bərpasına yönəlmişdi. Yeni magistral həm Laçın, həm də Qubadlı sakinlərini birləşdirəcək, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inteqrasiyasına xidmət edəcək. Müzəffər Ali Baş Komandan azad edilmiş ərazilərin bərpasına şəxsən rəhbərlik edir. 2023-cü il mayın 4-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlıya səfər edərək bölgədə yeni həyatın təməlini qoydular.
Bu səfər çərçivəsində bir sıra mühüm obyektlərin təməlqoyma mərasimləri keçirildi:
* Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyuldu.
* İnzibati bina, tam orta məktəb (600 şagirdlik) və 91 yataqlı Mərkəzi Xəstəxana layihələrinin təməli atıldı.
* Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin bərpası üçün yeni başlanğıclar edildi.
Bu səfərlər, əslində, Qubadlının təkcə fiziki yox, mənəvi dirçəlişinin də başlanğıcı idi.
Bu gün Qubadlıda həyat yenidən canlanır. Yeni evlər, məktəblər, yollar, elektrik və su xətləri çəkilir. Bərpa edilən hər bina, ucaldılan hər bayraq bu torpaqlara dönən insanların qürur simvoluna çevrilir.
Qubadlı sakinləri artıq öz yurdlarına qayıtmağa hazırlaşırlar. Hər kəsin dilində eyni söz var: “Bu torpaq bizimdir, burda gələcək nəsillər azadlıqda yaşayacaq.”
Bu prosesdə yeganə rəqib zamandır. Bu baxımdan ki, mənfur düşmən 30 ildə bu torpaqlarımızı tamamilə dağıdıb, yerlə-yeksan edib, həmçinin minalar basırıb. Minaların təmizlənməsi böyük vaxt itkisidir. Bunun ardınca bərpa-quruculuq işlərinin də aparılması üçün xeyli zaman gərəkdir. Ermənilər bu ərazilərdən izimizi silmək üçün bütün tikililəri tamamilə dağıdıblar. Hazırda bütün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir.Bütün bunlara baxmayaraq torpaqlarımızın öz sahibində olmasından sevincliyik. Milli kimliyimiz, qürurumuz özümüzə qayıdıb. Dünya Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunun bir daha şahidi oldu. Bu gün bütün torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilir. İşlərin sistemliliyini təmin etmək üçün şəhərlərin Baş planları təqdim edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Dövlət başçısı İlham Əliyevin son beş ildə Qubadlıya səfərləri Böyük Qayıdışa xidmət edən mühüm addımlarla zəngindir. Tezliklə qayıdışın növbəti ünvanlarından biri Qubadlı olacaq.
25 oktyabr — Qubadlının işğaldan azad olunduğu gün — təkcə bir rayonun deyil, bütün Azərbaycanın qələbə tarixidir. Bu gün, keçmişin ağrılarını gələcəyin inamına çevirən xalqımızın qəhrəmanlıq və birliyinin simvoludur.
Qubadlı bu gün yenidən doğulur – və bu doğuluşun əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgərinin şücaəti və xalqımızın əyilməz iradəsi dayanır.
Məhəmməd Balaqadaşov
YAP Xaçmaz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

