8 Noyabr – Milli Qürur və Tarixi Zəfər Günümüz
07.11.2025 [14:39]
8 Noyabr Azərbaycan tarixində əbədiyaşar gün olaraq qeyd olunur. Bu gün xalqımızın iradəsinin, ordumuzun gücünün, dövlət rəhbərliyinin uzaqgörənliyinin və milli birliyin rəmzidir. İllər ərzində davam edən işğal reallığı hər bir azərbaycanlının qəlbində qayıdış ümidini, ədalət arzusunu yaşadırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallığa çevirmək üçün bütün siyasi, iqtisadi və hərbi gücü səfərbər etdi. Onun sözləri hər bir azərbaycanlının yaddaşındadır: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
İşğal dövrü boyunca Azərbaycanın iqtisadi güclənməsi və büdcədə hərbi xərclərin artırılması təsadüfi deyildi. Ordunun modernləşdirilməsi, texniki-taktiki üstünlüklərin əldə olunması, diplomatik müstəvidə mövqelərin möhkəmləndirilməsi uzun və məqsədyönlü siyasətin nəticəsi idi. Məhz bu addımlar “dondurulmuş münaqişə” illərini Azərbaycan üçün gözləmə dövrünə deyil, hazırlıq mərhələsinə çevirdi.
2020-ci ilin 27 sentyabrında Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Bu irəliləyiş yalnız hərbi güc deyildi, həm də xalqın milli birliklə səfərbər olması idi. Hər bir əsgər, zabit “öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılırdı. Bu müharibə xalqın ordusuna sonsuz inamını, ordunun isə xalqa bağlılığını göstərdi.
Qələbəyə gedən yol təkcə cəbhədə qazanılmadı, bu, həm də diplomatiya, informasiya siyasəti, qlobal siyasi müstəvilərdə balanslaşdırılmış mövqelər sayəsində mümkün oldu. Azərbaycan bu dövrdə qardaş Türkiyə ilə strateji birliyini gücləndirdi. Prezident İlham Əliyevin dediyi kimi: “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.”
44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasına və Azərbaycanın suverenliyinin bərpa edilməsinə gətirib çıxardı. Qısa müddət sonra keçirilmiş antiterror əməliyyatı nəticəsində separatçıların son qalıqları da məhv edildi və Azərbaycan suverenliyini tam şəkildə bərqərar etdi: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
Bu Zəfər yalnız torpaqların azad olunması deyil, həm də milli ruhun, tarixi ədalətin bərpası idi. Bu gün şəhidlərimizin ailələri, qazilərimiz dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunur. “Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.”
Bu Zəfər bizim kimliyimizi müəyyənləşdirir. O, gələcək nəsillərə milli qeyrət, vətən sevgisi və birliyin əhəmiyyətini anlatmağa davam edəcək. “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”
8 Noyabr – azadlığımızın, şərəfimizin, milli qürurumuzun günüdür. Bu gün tarix yazan qəhrəmanlarımızın, şəhidlərimizin ruhu qarşısında baş əyir, dövlətimizin gücünə və gələcəyinə inamla irəli baxırıq.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

