/ / Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı keçirdiyi görüş: Dövlət idarəçiliyində yeni mərhələnin tələbləri
Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı keçirdiyi görüş: Dövlət idarəçiliyində yeni mərhələnin tələbləri
17.11.2025 [17:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də bir sıra yüksək vəzifələrə yeni təyinat alan rəhbər şəxsləri qəbul etməsi ölkəmizdə dövlət idarəçiliyi sistemində aparılan ardıcıl islahatların növbəti mərhələsini nümayiş etdirir. Prezident tərəfindən Ceyhun Cəlilovun Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə, Elxan İbrahimovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevin Balakən, Orxan Mürsəlovun Göyçay, Elvin Paşayevin Qax, Vüqar Novruzovun Göygöl, Elşən Həsənlinin isə Kürdəmir rayonlarının icra hakimiyyətlərinə başçı təyin edilməsi dövlət idarəçilik sisteminin daha da modernləşdirilməsi istiqamətində mühüm addımdır. Görüş zamanı dövlət başçısının verdiyi mesajlar yalnız yeni təyin olunan məmurlar üçün deyil, bütövlükdə ölkənin idarəçilik mədəniyyətinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında ilk növbədə dövlətə xidmət prinsipini önə çəkərək bildirdi ki, rəhbər vəzifəyə təyin olunan hər bir şəxs xalqa xidmət etməyi fəaliyyətinin əsas istiqaməti kimi qəbul etməlidir. Xalqla bir yerdə olmaq, onların problemlərini bilmək və operativ şəkildə həll etmək icra başçılarının fəaliyyətinin əsas meyarı kimi müəyyən edilmişdir. Dövlət başçısı diqqətə çatdırdı ki, vəzifə sahibi üçün təvazökarlıq, sağlam mənəvi mühit və şəxsi nümunə xüsusi əhəmiyyət daşıyır. Məmur təkcə öz davranışı ilə deyil, ailə üzvlərinin də davranışı ilə cəmiyyətə nümunə olmalıdır.
Prezident qeyd etdi ki, bəzi hallarda məmurların təkəbbürlü davranışı, cəmiyyətdən uzaqlaşması, özünü hamıdan üstün tutması onların nüfuzunu ciddi şəkildə zədələyir və dövlət siyasətinə kölgə salır. Bu cür hallar dövlət başçısı tərəfindən qətiyyətlə pislənildi və bildirildi ki, qanunsuzluq edən hər bir məmur mütləq hüquqi məsuliyyətə cəlb olunacaq. Əyri yola gedən şəxslərin fəaliyyətinin nəticəsiz qalmadığı, bu gün də belə halların mövcud olduğu, lakin dövlətin bunlara qarşı ardıcıl mübarizə apardığı xüsusi vurğulandı.
Dövlət başçısı korrupsiya, rüşvətxorluq hallarının köklü şəkildə aradan qaldırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etdi. Kadr siyasətinin şəffaf, peşəkar və mənəvi cəhətdən təmiz şəxslər üzərində qurulması Prezidentin yeni təyinat alan məmurlara əsas tapşırıqlarındandır. O da bildirildi ki, mərkəzi icra hakimiyyəti orqanlarında aparılan kadr islahatları nəticəsində sistem əhəmiyyətli dərəcədə sağlamlaşdırılmışdır və artıq mərkəzdən qanunsuz göstərişlərin verilməsi praktikasına son qoyulub.
Çıxışın mühüm hissələrindən biri bölgələrdə infrastrukturun inkişafı ilə bağlı məlumatlar idi. Elektrik enerjisi təminatından tutmuş magistral yolların, kənd yollarının, içməli su layihələrinin, sosial infrastruktur obyektlərinin tikintisinə qədər son illər görülən işlər bir daha dövlət siyasətinin bölgələrin inkişafına yönəldiyini göstərir. Prezident qeyd etdi ki, bu gün Azərbaycanın bütün şəhərlərində müasir xəstəxanaların fəaliyyət göstərməsi, kəndlərdə suvarma infrastrukturunun yaxşılaşdırılması, qazlaşdırmanın genişlənməsi insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Məşğulluq məsələləri də icra başçılarının üzərinə qoyulan mühüm vəzifələr sırasındadır. Dövlətin sahibkarlara dəstək verməsi, güzəştli kreditlərin ayrılması, özünüməşğulluq proqramının genişlənməsi bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır. Lakin bu sahədə yerli icra hakimiyyəti orqanlarının aktiv rolu xüsusi vacib hesab olunur. Dövlət başçısı vurğuladı ki, bölgələrdə işsizlik səviyyəsinin azalması həm sosial rifahın artmasına, həm də miqrasiyanın qarşısının alınmasına xidmət edir.
Ekoloji tarazlıq məsələsi də Prezident tərəfindən ayrıca vurğulanmışdır. Ekologiyaya ziyan vuran hər bir qanunsuz fəaliyyətin qarşısı qətiyyətlə alınmalı, çay məcralarının dəyişdirilməsi, qum-çınqıl yataqlarının qanunsuz istismarı kimi faktlara yol verilməməlidir. Dövlət başçısının Bakı və Sumqayıtda aparılmış ekoloji rekultivasiya işləri barədə qeyd etdiyi nümunələr bu siyasətin ölkə üzrə geniş miqyasda həyata keçirildiyini göstərir.
Prezident İlham Əliyevin yeni təyin olunan icra başçıları ilə görüşü müasir dövlət idarəçiliyinin əsas prinsiplərinin bir daha təsdiqi kimi qiymətləndirilə bilər. Xalqa xidmət, şəffaflıq, məsuliyyət, korrupsiyaya qarşı barışmaz mövqe, sosial ədalət, infrastrukturun inkişafı, məşğulluğun artırılması və ekoloji tarazlığın qorunması dövlətin prioritet istiqamətləridir. Bu görüş həm də yeni təyinat alan rəhbərlərə göstərilən etimadın nə qədər böyük məsuliyyət tələb etdiyini ortaya qoyur. Prezidentin sərt və prinsipial mövqeyi ondan xəbər verir ki, ölkədə idarəçilik sisteminin təkmilləşdirilməsi prosesi ardıcıl şəkildə davam edəcək və hər bir məmur bu siyasətə uyğun fəaliyyət göstərməyə borcludur.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

