Ağdam – Qafqazın Xirosiması
19.11.2025 [16:02]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Ağdam… Bu ad təkcə bir şəhəri deyil, bütöv bir taleyi, bir millətin ağrı və qürur dolu tarixini özündə yaşadır. XX əsrin sonlarında erməni işğalının ən ağır fəsadlarını yaşayan Ağdam təkcə fiziki olaraq deyil, mənəvi olaraq da viran qoyuldu. Dünyanın bir çox münaqişə bölgələrində dağıntılar görünüb, şəhərlər yerlə-yeksan edilib, lakin işğal dövründə Ağdamda törədilən barbarlığın miqyası o qədər böyük idi ki, ədalətli şəkildə “Qafqazın Xirosiması” adlandırıldı. Ağdamın taleyi bəşər tarixində müharibə nəticəsində yerlə-yeksan edilən şəhərlərlə müqayisə edildikdə, düşmənin məqsədli şəkildə həyata keçirdiyi vandalizmin miqyası daha aydın görünür. Tarixi abidələr, mədəniyyət ocaqları, məktəblər, məscidlər, qəbiristanlıqlar—hamısı sistemli şəkildə dağıdılmış, talan edilmiş, viran qoyulmuşdu. Məscidlər heyvan saxlanılan yerlərə çevrilmiş, muzeylər talan edilərək dünyaya daşınmışdı. Hətta min illərin yadigarı olan torpaq, təbiət, ağaclar belə düşmənin vandalizmindən sığortalanmamışdı. Bu dağıntılar təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin mədəni irsinə qarşı törədilmiş cinayətdir. “Qafqazın Xirosiması” ifadəsi məhz bu fəlakətin necə dərin iz qoyduğunu göstərir. 2020-ci il 20 noyabr — Azərbaycan tarixinin unudulmaz günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu hərbi-siyasi gücünü ortaya qoyaraq Ağdam rayonunu işğaldan azad etdi. 27 il ərzində dağıdılmış, xarabalığa çevrilmiş cənnət diyarımız yenidən Azərbaycan dövlətinin nəfəsini duydu. Bu, təkcə ərazi bütövlüyünün təmin olunması deyil, həm də 30 ilə yaxın işğalın izlərinin silinməsi üçün yeni dövrün başlanğıcı idi. Dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdamda möhtəşəm layihələr gerçəkləşir:
Ağdam şəhərinin Baş planı müasir şəhərsalmanın nümunəsi kimi qəbul olunur;
Zəfər Muzeyi, Muğam mərkəzi, işğal muzeyi, İmarət Tarix-Memarlıq Muzey Kompleksi, mədəniyyət mərkəzləri, Ağdam City Hotel, Hilton Garden İnn Hotel, geniş bulvar və parklar inşa edilir;
“Ağıllı şəhər” konsepsiyasına uyğun infrastruktur qurulur;
Ağdam artıq viranlıq simvolu deyil — dirçəlişin, dövlət gücünün, milli iradənin rəmzidir. Bu gün Ağdam sakinləri doğma yurdlarına qayıdır. İllərlə qəlblərində daşıdıqları həsrət sevincə, həyəcanlı göz yaşlarına və yenidən quruculuq əzminə çevrilir. Bu qayıdış dövlətin və xalqın birliyinin ən böyük uğurudur. Ağdamlılar bu torpağı yenidən dirçəldir, tarix yenidən yazılır, dağıdılmış həyat bərpa olunur. Bu proses təkcə fiziki quruculuq deyil, həm də mənəvi sağalmanın, milli yaddaşın dirçəlişidir. Bu gün Ağdam dünya ictimaiyyətinə bir mesaj verir:
Hər şey dağıdıla bilər, lakin xalqın iradəsi, dövlətin gücü və ədalətin özü heç vaxt dağıdılmır. Böyük quruculuq işləri sayəsində Ağdam yaxın illərdə Cənubi Qafqazın ən müasir, ən dinamik inkişaf edən şəhərlərindən birinə çevriləcək. Bu dirçəliş həm qələbəmizin, həm də milli birliyimizin təntənəsidir. 20 Noyabr — Ağdam şəhəri günü təkcə təqvimdə bir tarix deyil. Bu gün bir xalqın qürurunu, ədalətin bərpasını, dağıdılandan daha gözəlini yaratmaq iradəsini simvolizə edir. Ağdam bir zamanlar “Qafqazın Xirosiması” adlandırılırdı. Bu gün isə Azərbaycanın yenilməzliyinin, gücünün, quruculuq qətiyyətinin və əbədi qayıdışının rəmzidir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:17
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19

