Azərbaycanın güclü iqtisadi gələcəyinin təminatı
15.01.2026 [15:31]
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunan müşavirə keçirilib. Bu müşavirə son 20 ildə həyata keçirilən infrastruktur layihələrinin və onların uğurlu nəticələrinin təqdimatı idi. Müşavirədə dövlətimizin başçısının çıxışı bir daha göstərdi ki, su məsələsi Azərbaycan üçün yalnız infrastruktur deyil, milli təhlükəsizlik sosial rifah məsələsidir.
Ölkəmizdə illik bərpa olunan su ehtiyatlarının həcmi orta hesabla 30–32 milyard kubmetrdir ki, bunun da yalnız 10–11 milyard kubmetri ölkə ərazisində formalaşır. Qalanı isə Kür, Araz və Samur çayları vasitəsilə qonşu ölkələrdən daxil olur. Prezident İlham Əlyevin qeyd etdi ki, “dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür.”
Belə ki, yağıntıların qeyri-bərabər paylanması, buxarlanmanın artması və xüsusilə transsərhəd çayların yuxarı axın ölkələri tərəfindən intensiv istifadəsi su balansına əlavə təzyiq yaradır. Bu baxımdan Azərbaycan BMT-nin təsnifatına görə, “su stresinə yaxın” ölkələrdən sayılır. Bütün bu faktlar göstərir ki, Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, Proqram ətraf mühitin qorunması və dayanıqlı inkişaf prinsiplərini də özündə birləşdirir. Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məqamlardan biri də məhz bu barədədir: “Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.”
Dənizə buraxılan tullantı suların təmizlənməsi, Xəzər dənizinin faunasını və florasını qoruyacaq, turizm və dəniz sahəsində iqtisadi aktivliyi artıracaq, su resurslarından sağlam şəkildə istifadəni təmin edəcək.
Yağış sularının idarə olunması da proqramın mühüm hissəsidir. Prezident İlham Əliyevin sözlərinə görə, leysan yağışları zamanı şəhər nəqliyyatının iflic olması ciddi problemlər yaradır və Bakıda yağış sularının idarə olunması sahəsində zəifliklər mövcuddur.
Bu məqsədlə paytaxtın 30 küçəsində yeni yağış suyu kollektor şəbəkəsi qurulacaq, kanalizasiya xidməti 50 faizdən 95 faizə çatdırılacaq. Bununla yanaşı, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu, ilk dəfə olaraq sırf xarici investisiyalar hesabına həyata keçirilən layihədir və şəhərin su mənbələrinin həcmini artıracaq, suyun keyfiyyətini təmin edəcəkdir.
Qeyd edək ki, 12 yanvar 2026-cı il tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi Bakı və Abşeron yarımadasına dayanıqlı içməli suyun verilməsini yaxşılaşdırmaq deyil, həm də bütün su dövriyyəsinin keyfiyyətlə idarə olunmasıdır. Prezidentin vurğuladığı kimi, bu proqramın icrası ciddi nəzarət altında olacaq, həm dövlət strukturları, həm də ictimaiyyət prosesə cəlb ediləcək. Proqram 2035-ci ilə qədər icra olunmalıdır.Bu müşavirədə müəyyən edilən hədəflər Azərbaycanın güclü iqtisadi gələcəyinin təminatıdır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

