Ağstafada “20 Yanvar - Ümumxalq Hüzn Günüdür” mövzusunda tədbir keçirilib
19.01.2026 [12:01]
17 yanvar 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Tatlı kənd” və “Göycəli kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirak ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə “20 Yanvar - Ümumxalq Hüzn Günüdür” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Tarix boyu Azərbaycan xalqı heç vaxt zülmə, müstəmləkəyə boyun əyməyib. Xalqımız Vətən uğrunda, torpaq uğrunda, hər zaman bu amal uğrunda birləşib, mübarizə aparıb. Bu yolda qurbanlar verdik, şəhidlərimiz oldu, ancaq müstəmləkəyə boyun əymədik. 1990-ci il 20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqbal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı. Azərbaycan xalqı 1990-ci ilin yanvarında Azərbaycanın azadlığı uğrunda öz canını fəda vermiş insanları heç vaxt unutmayacaq. Bu insanların xatirəsi hər zaman anılacaq.
Daha sonra çıxış edən natiqlər – veteran partiyaçı Məmməd Məmmədov, “Tatlı kənd” tam orta ümumtəhsil məktəbinin direktor müavini Aqşin Quliyev və “Göycəli kənd” Ərazi Partiya Təşkilatının sədri Vasif Hüseynov bildirib ki, Azərbaycan xalqına qarşı XX əsrdə törədilmiş ən qanlı cinayətlərdən biri olan 20 Yanvar faciəsindən otuz altı il keçir. Düz otuz altı il bundan öncə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıqla müşayiət olunan hücum əməlyyatı keçirərək Bakını işğal etdilər. Keçmiş sovet imperiyasının ermənipərəst rəhbərliyi tərəfindən, siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət eyni zamanda da xalqımızın öz ləyaqətini qorumaq və müstəqillik arzusunu həyata keçirmək üçün hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın tarixinə Qanlı Yanvar adı ilə həkk olunmuş 20 Yanvar faciəsi xalqımızın müstəqil dövlət quruculuğu yolunda yeni və həlledici mərhələnin başlanğıc nöqtəsi oldu.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28

