Nərimanov rayonunda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
09.11.2013 [12:40]
Dünən Nərimanov rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Evrika” özəl tam orta ümumtəhsil məktəbində 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ofelya Muradova bu bayramın əhəmiyyətindən danışıb.
Məktəbin direktor müavini Xalidə Bağırova çıxışında bildirib ki, dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. O, “Evrika” liseyinin müəllim və şagird kollektivi tərəfindən də bu bayramın yüksək səviyyədə qeyd olunduğunu deyib.
Tədbirdə çıxış edən Səriyyə Bağırova üçrəngli bayrağımızın milli atributumuz olaraq qürur mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra bayrağımızın yenidən zirvələrə ucalması tariximizin ən əlamətdar hadisələrindən biridir.
Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu bayrağımız ilk dəfə dalğalandırılsa da, qısa müddət ərzində süqut etdi. Onun sözlərinə görə, yalnız Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1990-cı ildə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisində qaldırıldı. Bundan bir müddət sonra isə bu bayraq dövlət bayrağı kimi Azərbaycan parlamentində təsdiq olundu: “Bu gün Azərbaycan dünya birliyinin layiqli üzvüdür və bayrağımız mötəbər beynəlxalq təşkilatların önündə, eləcə də, nüfuzlu tətbirlərdə zirvələrə qaldırılır. Biz vətəndaş olaraq bundan qürur duyuruq. Prezident İlham Əliyev Azərbaycan dövlətini, onun bayrağını daim zirvələrə ucaldır. 9 oktyabr prezident seçkilərində xalqımız cənab İlham Əliyevə səs verməklə Onun həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəklədiyini nümayiş etdirdi. İnanırıq ki, üçrəngli bayrağımız bundan sonra da əzəmətlə zirvələrdə dalğalanacaq”.
Dövlət Bayrağı Gününün bayram səviyyəsində qeyd olunmasının böyük məna daşıdığını deyən A.Fərzəliyev qeyd edib ki, gənc nəsillər dövlət atributlarına daim ehtiramla yanaşmalıdırlar.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında bildirib ki, dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir: “Bunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır”.
Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25

