/ / Şəmkirdə "Yeni Azərbaycan Partiyası ölkəmizin parlaq gələcəyinin partiyasıdır" mövzusunda tədbir keçirildi
Şəmkirdə "Yeni Azərbaycan Partiyası ölkəmizin parlaq gələcəyinin partiyasıdır" mövzusunda tədbir keçirildi
12.02.2026 [16:47]
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı "Yeni Azərbaycan Partiyası ölkəmizin parlaq gələcəyinin partiyasıdır" mövzusunda tədbir keçirildi
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmətlə yad etdilər.
Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, İcra Hakimiyyəti eyni zamanda YAP Şəmkir rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları iştirak etdilər.
Tədbirdə ilk öncə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev diqqəti Ümummilli lider Heydər Əliyevin qurduğu YAP-ın müstəqil Azərbaycanın tarixində yerinə yetirdiyi xilaskarlıq missiyasına yönəldib: “Bütün siyasi partiyalar yarananda qarşılarına hakimiyyətə gəlmək məqsədi qoyurlar. Yeni Azərbaycan Partiyası isə siyasi iddialardan yox, zərurətdən, xalqın istəyindən yarandı. YAP-ın yarandığı dövrdə Azərbaycanda vəziyyət çox acınacaqlı idi, ölkəni xaos bürümüşdü, müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə vəziyyətdə ölkə ictimaiyyətinin tanınmış nümayəndələrinin müraciəti ilə partiyanın əsasını qoyan Ümummilli lider Heydər Əliyev və Onun silahdaşları əsl fədakarlıq nümunəsi göstərərək çətinlikləri öz üzərlərinə götürdülər. YAP-ın qurucusu Heydər Əliyev xalqı Öz ətrafında birləşdirərək Azərbaycanı xilas etdi”.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında bildirib ki, çıxışında YAP-ın və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin aşıladığı prinsipləri xatırladıb: “Ulu öndər Heydər Əliyevin ideyaları, prinsipləri Azərbaycanda əbədidir. Ulu öndərin dövlətçilik ideologiyası azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət, qanunçuluq kimi prinsiplərə əsaslanırdı. Ümummilli liderimizin aşıladığı prinsiplərin dövlət siyasətində əsas götürülməsi sayəsində ölkəmizdə sabitlik yüksək səviyyədə təmin olunub, respublikamız uğurla inkişaf edir
Tədbirin sonunda çıxış edən digər partiya fəalları bu gün Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdə olduğunu, partiyamızın qarşısında duran əsas vəzifələrdən ən başlıcası ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın qüdrətli dövlətləri sırasında öz yerini qorumaqda olduğunu diqqətə çatdırıblar.
Sonda partiyanın ictimi-siyasi həyatında yaxından iştirak edən bir qrup gəncə fəxri fərmanlar təqdim olundu.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

