Qanla yazılan tarix: Xocalı soyqırımının dəhşətləri
24.02.2026 [17:57]
200 il ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldı. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salındı, kütləvi qətl və qırğınlara düçar oldular. Tarixi havadarlarından böyük dəstək alan mənfur ermənilər başladıqları qanlı münaqişə nəticəsində, ümumilikdə, 20 faiz torpaqlarımızı 30 il müddətində işğal altında saxladılar. Bir milyondan artıq soydaşımız öz doğma Vətənində köçkün, qaçqın həyatı yaşamağa məcbur oldu. Tarixi torpaqlarımız, yaşayış yerlərimiz, maddi-mədəniyyət abidələrimiz erməni faşistləri tərəfindən barbarcasına yerlə-yeksan edildi.
Bədnam qonşularımız 1905-1906, 1918-1920-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri etnik soyqırımı siyasətini 1992-ci ildə bəşəriyyət tarixində ən amansız qətliam olan Xocalı faciəsi ilə davam etdirdilər. Xocalı soyqırımı bədnam qonşularımızın ölkəmizə qarşı başladıqları müharibənin ən dəhşətli səhifəsidir, insanlığa qarşı ən böyük cinayətidir. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə irimiqyaslı hücuma başlayan erməni qəsbkarları 613 nəfər dinc sakini qətlə yetirdilər, yüzlərlə soydaşımız əsir düşdü, şikəst oldu, vandallar tərəfindən girov götürüldü.
Xocalı soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi. 1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edildi. Çox təəssüf ki, Xocalı soyqırımı hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb və günahkarlar cəzalarına çatmayıblar. Xocalı qətliamından 34 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.
Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun yüksək səviyyədə hazırlığı və peşəkarlığı, igid Azərbaycan övladlarının qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Ermənilərin illərlə özləri haqqında uydurduqları məğlubedilməz erməni ordusu mifi 44 günlük müharibə nəticəsində darmadağın oldu. Onların müharibə etmək qabiliyyəti olmadıqları, yalnız əliyalın dinc əhaliyə gücləri çatdığı məlum oldu.
Xocalı təkcə bir şəhərin deyil, insanlığın yaddaşında əbədi qalacaq bir faciədir. Xocalı soyqırımı bir daha göstərdi ki, münaqişələrdə sülh və ədalət hər zaman qalib gəlməlidir.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

