Ədalətin təntənəsi
27.02.2026 [16:17]
Xocalı Soyqırımı Memorialının açılışında Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı çıxışında qeyd etdi ki, Memorial Kompleksin məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Ölkə başçısı Heydər Əliyev Fondu tərəfindən bu layihənin çoxdan hazır olduğunu, hətta Bakıda müvafiq ərazinin ayrıldığını bildirdi. Prezidentin torpaqlarımızın azad olunacağına dair qətiyyətli inamı bu qərarın icrasını təxirə salmış və torpaqlarımız azad olunduqdan sonra məhz Xocalıda qurulmuşdur. Xocalı Memorial Kompleksi silinməz yaddaşımızın təcəssümü olacaq.
Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev vurğuladı ki, biz Xocalı soyqırımını, Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Xalqımız öz tarixini heç vaxt unutmamalı, daim ayıq-sayıq və güclü olmalıdır. Bu gün olduğu kimi düşmən həmişə bizdən qorxmalıdır. Məhz düşmənin bu qorxusu nəticəsində bu gün xalqımız sülh içində yaşayır.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə Azərbaycan öz mövqeyini çatdırmışdı ki, heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Azərbaycan dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdi ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər.
2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər Qarabağa dəfələrlə xarici dövlətlərin nümayəndələrinin qanunsuz gəlişlərini xatırladan Prezident İlham Əliyev onların separatçılara ürək-dirək vermək üçün, onları Azərbaycana qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verildiyini, silahlar, minalar göndərildiyini qeyd etdi. Azərbaycan dövləti heç nədən çəkinmədi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi.
Xocalı Memorial Kompleksi Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı. 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı.
Memorial Kompleksin açılışında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır. Bu gün xalıqmız sülh içində yaşayır və bunun təminatçısı Azərbaycan dövlətidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

