Azərbaycan "yaşıl" enerji üzrə regional mərkəzə çevrilir
05.03.2026 [14:28]
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları növbəti dəfə Azərbaycanın yerləşdiyi regionun geostrateji əhəmiyyətini, bölgənin lideri olan dövlətimizin qlobal enerji təhlükəsizliyində nüfuzunu və sarsılmaz gücünü nümayiş etdirdi.
Dünyanın enerji sənayesi elitasını bir araya gətirən, uğurlu və nümunəvi bir modelə çevrilmiş toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkətinin qatılması dünyanın enerji sənayeləşməsində yaranan yeni reallıqlar fonunda Azərbaycanın əhəmiyyətli enerji regionu mərkəzi olduğunu sübut edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu, Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlığı nümayiş etdirir.
Məşvərət Şurasının illik iclaslarına 2015-ci ildən start verilib. Yaranmış qaydaya görə, hər dəfə ötən iclasdan sonra görülmüş işlər nəzərdən keçirilir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlar planlaşdırılır. İki gün əvvəl keçirilən tədbirdə dövlətimizin başçısı bu barədə belə demişdir: "Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif senarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq".
Enerji ixracının artımı, “yaşıl enerji” layihələrinin genişlənməsi, regional sabitliyin təşviqi və beynəlxalq tərəfdaşlarla strateji əməkdaşlıq Azərbaycanın həm etibarlı enerji tərəfdaşı, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı kimi mövqeyini daha da gücləndirir.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

