Azərbaycanın alternativ enerji potensialı: mövcud vəziyyət və imkanlar
11.03.2026 [12:27]
Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə etməyi planlaşdırır.
Bunu cənab Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib:
"2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik".
Qlobal enerji bazarında baş verən transformasiyalar, iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq öhdəliklər və enerji təhlükəsizliyi məsələləri dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da enerji siyasətinin yenidən formalaşdırılmasını zəruri edib. Ənənəvi olaraq karbohidrogen ehtiyatlarının istehsalı və ixracı ilə tanınan Azərbaycan son illərdə enerji sektorunda diversifikasiya siyasətini sürətləndirərək bərpa olunan enerji mənbələrinin inkişafını prioritet istiqamətlərdən birinə çevirib.
Dövlət strategiyasına uyğun olaraq Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi istehsal etməyi planlaşdırır. Bu hədəf yalnız enerji istehsalının artırılması deyil, həm də iqtisadi, ekoloji və geosiyasi baxımdan ölkənin mövqeyinin gücləndirilməsinə xidmət edir.
Azərbaycanın enerji strategiyası uzun müddət neft və qaz ehtiyatlarının hasilatı və ixracına əsaslanıb. Bununla belə, son onillikdə qlobal enerji keçidi prosesləri ölkənin enerji siyasətində yeni prioritetlərin müəyyən edilməsinə səbəb olub. Bərpa olunan enerji sahəsinin inkişafı aşağıdakı strateji məqsədlərə xidmət edir: enerji balansında alternativ, mənbələrin payının artırılması, təbii qazdan daxili istehlakın azaldılması, qaz ixracından əlavə gəlirlərin əldə edilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq öhdəliklərin yerinə yetirilməsi. Bu baxımdan alternativ enerji layihələri Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının mühüm komponentinə çevrilib.
Ekspert qiymətləndirmələrinə əsasən Azərbaycan bərpa olunan enerji resursları baxımından regionun ən perspektivli ölkələrindən biridir. Ölkənin təbii-coğrafi xüsusiyyətləri xüsusilə külək və günəş enerjisinin inkişafı üçün əlverişli şərait yaradır.
Araşdırmalara görə: Xəzər dənizinin Azərbaycan sektorunda 150 giqavatdan artıq külək enerjisi potensialı mövcuddur. Quru ərazilərində isə günəş enerjisi potensialı 20–25 giqavat səviyyəsində qiymətləndirilir. Dağlıq ərazilərdə hidroenerji ehtiyatları da kifayət qədər genişdir.
Bu potensialın yalnız kiçik bir hissəsinin reallaşdırılması belə Azərbaycanın elektrik enerjisi balansında ciddi dəyişikliklər yarada bilər.
Alternativ enerji strategiyasının həyata keçirilməsi üçün Azərbaycan son illərdə genişmiqyaslı investisiya proqramları həyata keçirir. Bu layihələr əsasən günəş və külək elektrik stansiyalarının tikintisini əhatə edir.
Planlaşdırılan layihələrə daxildir:
iri günəş elektrik stansiyalarının tikintisi, Xəzər dənizində külək enerji layihələrinin həyata keçirilməsi, yeni elektrik ötürücü xətlərinin qurulması, enerji sisteminin modernləşdirilməsi
Beynəlxalq enerji şirkətlərinin bu layihələrə cəlb edilməsi isə ölkəyə texnologiya transferi və xarici investisiya axınının artmasına imkan yaradır.
Azərbaycanın enerji strategiyasında azad olunmuş ərazilərin xüsusi rolu var. İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük. Cənab Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Artıq iki iri bərpaolunan enerji stansiyasının istismara verildiyini və növbəti altı il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücünün əhəmiyyətli dərəcədə artırılacağını qeyd edən dövlətimizin başçısı vurğulayıb: “2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji saxlanması üçün güclərin qurulması barədə düşünürük”. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonası” elan edilib və burada enerji infrastrukturu əsasən bərpa olunan mənbələr əsasında qurulur.
Bu bölgələrdə həyata keçirilən əsas layihələr: kiçik su elektrik stansiyalarının tikintisi, günəş və külək enerji layihələrinin hazırlanması,enerji səmərəliliyi prinsiplərinə əsaslanan şəhər və kəndlərin qurulması
Bu yanaşma regionun davamlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir.
Alternativ enerji strategiyasının mühüm istiqamətlərindən biri də yaşıl enerjinin ixracıdır. Azərbaycan bu sahədə regional enerji mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
Planlara əsasən: Xəzər dənizində istehsal edilən külək enerjisi Avropaya ixrac ediləcək, Qara dəniz vasitəsilə yeni enerji dəhlizi formalaşdırılacaq, regional elektrik enerji bazarlarında Azərbaycanın rolu artacaq
Bu layihələrin həyata keçirilməsi ölkənin Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.
Alternativ enerji istehsalının artırılması Azərbaycanın enerji balansında mühüm struktur dəyişikliklərinə səbəb olacaq.
Ekspert hesablamalarına görə, elektrik istehsalında qazdan istifadə əhəmiyyətli dərəcədə azalacaq, qənaət olunan qaz ixrac üçün istifadə ediləcək, enerji sektoruna milyardlarla dollar həcmində investisiya cəlb ediləcək. Bu proses uzunmüddətli perspektivdə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərəcək.
Alternativ enerji layihələrinin genişləndirilməsi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə rolunu artıracaq. Bərpa olunan enerji mənbələrinin istifadəsi nəticəsində:karbon emissiyaları azalacaq, ekoloji tarazlıq qorunacaq, enerji istehsalının dayanıqlılığı artacaq.
Bu siyasət ölkənin beynəlxalq iqlim razılaşmaları çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsinə də xidmət edir.
2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi istehsalı Azərbaycanın enerji strategiyasında mühüm dönüş nöqtəsi hesab olunur. Bu məqsəd ölkənin enerji sisteminin modernləşdirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və ekoloji dayanıqlığın təmin edilməsinə töhfə verəcək.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

