XIII Qlobal Bakı Forumu qlobal çağırışların həlli üçün mühüm platforma rolunu oynayır
16.03.2026 [17:30]
Məlum olduğu kimi, martın 12-də Bakıda, Gülüstan Sarayında öz işinə başlayan XIII Qlobal Bakı Forumu qlobal siyasi dialoq üçün mühüm platforma kimi növbəti dəfə beynəlxalq diqqəti Azərbaycan paytaxtına yönəltdi.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Prezident İlham Əliyevin himayəsi ilə keçirilən forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ətrafında müzakirələrə həsr olunub. Prezidentin açılış mərasimində səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətlərə və regional sülh təşəbbüslərinə dair mühüm mesajlar ehtiva edirdi.
Qeyd edək ki, dünyada artan geosiyasi gərginlik fonunda münaqişələrin həllinə yanaşmada ikili standartlar mövcutdur. Bu problem bu gün beynəlxalq gündəliyin ən çox müzakirə olunan məsələlərindən biridir. Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında diqqəti, ilk növbədə, məhz bu problemə yönəldərək qeyd etdi ki, bir çox hallarda qlobal institutlar və beynəlxalq aktorlar münaqişələrə münasibətdə seçici davranış sərgiləyirlər. Bu isə bəzi regionlarda uzunmüddətli ədalətsizliklərin və humanitar fəsadların yaranmasına səbəb olur. Azərbaycanın timsalında da belə bir vəziyyət uzun illər davam edib. Ölkənin ərazilərinin əhəmiyyətli hissəsinin işğal altında qalması və bu müddətdə milyonlarla insanın doğma yurdlarından didərgin düşməsi beynəlxalq ictimaiyyətin passiv yanaşmasının nəticələrindən biri kimi qiymətləndirilə bilər. Lakin bu mərhələ Azərbaycan üçün artıq bir keçmişdir. Bu gün ölkəmiz artıq regionda yeni reallıqların formalaşmasına töhfə verən əsas aktorlardan biridir. Xüsusilə Ermənistan ilə münasibətlərdə son dövrdə müşahidə olunan nisbi sabitlik regionda sülh gündəliyinin real nəticələr verdiyini göstərir. Bir müddət əvvəl əldə olunan razılaşmalar yalnız diplomatik sənəd kimi deyil, həm də praktiki müstəvidə özünü göstərməyə başlayıb. Sərhəd bölgələrində gərginliyin azalması, qarşılıqlı itkilərin və silahlı insidentlərin dayandırılması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcından xəbər verir.
Onu da qeyd edək ki, Azərbaycanın sülhə sadiqliyi təkcə siyasi bəyanatlarla deyil, həm də konkret addımlarla təsdiqlənir. Humanitar və iqtisadi əlaqələrin bərpası istiqamətində atılan addımlar regionda etimad mühitinin formalaşmasına xidmət edir. Ermənistanın müxtəlif istiqamətlərdən təminat imkanlarının genişləndirilməsi, ticarət əlaqələrinin bərpası və enerji məhsullarının ixracı kimi təşəbbüslər Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirir. Bu yanaşma regionun gələcək inkişafının qarşılıqlı əməkdaşlıq üzərində qurulmalı olduğunu göstərən mühüm mesajdır.
Ən əsası, XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha göstərir ki, ölkəmiz dəyişən dünya nizamında dialoq və əməkdaşlıq təşəbbüslərinin fəal tərəfdarı kimi çıxış edir. Qlobal səviyyədə fikir ayrılıqlarının artdığı bir dövrdə Bakının beynəlxalq müzakirə platformasına çevrilməsi ölkənin diplomatik nüfuzunun artdığını nümayiş etdirir.
Bəhmən Əmirov,
YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

