Günahsız soydaşlarımızın məruz qaldığı soyqırımı unutmamağa borcluyuq
31.03.2026 [12:20]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu gün Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli hadisələrdən birinin – 1918-ci il mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların xatirəsinə həsr olunur. Bu hadisələr təkcə insan itkiləri ilə deyil, həm də mədəni, tarixi və mənəvi dəyərlərin məhv edilməsi ilə yadda qalıb.
1918-ci il martın 31-də erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər, soyqırımı öz amansızlığına, qəddarlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi 31 Mart - Azərbaycanlıların soyqırımını, Xocalı faciəsini, günahsız soydaşlarımızın məruz qaldığı soyqırımının dəhşətlərini hər gün xatırlamağa, unutmamağa borcluyuq: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Tarixi vərəqlədikcə əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini yürüdən bədnam qonşularımızın saxta “erməni soyqırımı” iddialarını, mənfur, məkirli niyyələrini hər vasitə ilə həyata keçirməyə çalışan azğın düşmənin bədxah əməlləri göz önündə tək-tək canlanır. Əsrlər boyu erməni millətçiləri Azərbaycan xalqının qonaqpərvərliyinə, bütün yaxşılıqlarına terror və separatçılıqla, soyqırımlar törətməklə qarşılıq veriblər. Onların mənfur planları, uydurma “Böyük Ermənistan” ideyası regionumuz üçün hər zaman ciddi təhlükə yaradıb.
Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olublar. Tarixi saxtalaşdıran, süni xülyalardan ruhlanan erməni təcavüzkarları, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri “Daşnaksutyun” partiyasının iştirakı ilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin yalan, hiyləgər və məkrli əməlləri ilə bağlı bütün dövrlərə dair bitib-tükənməyən faktlar var. Mənfur erməni millətçiləri bütün dünyanı uydurduqları yalanlarla aldadaraq saxta "erməni soyqırımı” anlayışını gündəmdə saxlamağa çalışıblar. Özünü zərərçəkən kimi göstərmək, yazıq cildinə salmaq, yalanı doğru kimi təqdim etmək, başqasının malına, mədəniyyətinə iddia edib uydurma "əsaslandırma” yaratmaq erməni toplumunun genetikasında möhkəm yer tutub.
Mənfur, bədnam xislətindən əl çəkməyən erməni millətçilərinin azğınlığı, şər mahiyyəti iki əsr boyu davam etdi. "Haqq üzülər, amma qırılmaz” deyiblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara işıq saldı. 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanan fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu qərar hadisələrin tarixi ədalət baxımından qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım oldu.
31 Mart hadisələri təkcə keçmişin faciəsi deyil, həm də gələcək nəsillər üçün bir dərsdir. Bu günün qeyd olunması milli yaddaşın qorunması, tarixə düzgün qiymət verilməsi və belə faciələrin bir daha təkrarlanmaması baxımından böyük əhəmiyyət daşıyır.
Hər bir azərbaycanlının çoxdan gözlədiyi tarixi ədalət isə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bərqərar oldu, tarixi ədalət bərpa olundu. Azərbaycan tarixi zəfərə imza atdı, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımın, şəhidlərimizin, Xocalı qurbanlarının qisası 44 günlük Vətən müharibəsində alındı.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17

