Xalqımıza qarşı törədilmiş qanlı faciə
31.03.2026 [16:04]
1918-ci ilin mart–aprel aylarında Mart soyqırımı çərçivəsində Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qəddarlıqla kütləvi qırğınlar törədilmişdir. Öz miqyasına və amansızlığına görə bu hadisələr təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bəşər tarixinin ən faciəvi səhifələrindən biri kimi dəyərləndirilir.
1918-ci ilin 30 mart–3 aprel tarixlərini əhatə edən qısa zaman kəsiyində Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmişdir. Rəsmi mənbələrə əsasən, bu faciə nəticəsində 12 minə yaxın insan öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Hadisələrin şahidlərinin xatirələri törədilən vəhşiliklərin miqyasını daha aydın şəkildə təsəvvür etməyə imkan verir. 1925-ci ildə Bakı hadisələri haqqında yazan alman əsilli Kulner qeyd edirdi ki, silahlı dəstələr müsəlman məhəllələrinə hücum edərək insanları amansızcasına qətlə yetirmiş, onların bədənlərinə qeyri-insani işgəncələr vermişlər. Onun təsvirlərinə görə, qırğınlardan sonra aşkar edilən meyitlərin üzərində ağır işgəncə izləri müşahidə olunmuş, qadınlara və uşaqlara belə rəhm edilməmişdir. Hətta gənc qadınların diri-diri divara mıxlanması və sığınacaq kimi istifadə edilən xəstəxananın yandırılması kimi faktlar bu faciənin dəhşətini bir daha təsdiqləyir.
Eyni dövrdə digər bölgələrdə də azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Xüsusilə Zəngəzur qəzasında 115 kəndin məhv edilməsi, minlərlə dinc sakinin qətlə yetirilməsi və on minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsi bu siyasətin geniş miqyas aldığını göstərir. Ümumilikdə bölgə üzrə 10 mindən artıq azərbaycanlı ya öldürülmüş, ya da ağır xəsarətlər almış, 50 mindən çox insan qaçqın vəziyyətinə düşmüşdür.
Hadisələrin iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri də faciənin miqyasını təsdiqləyən mühüm mənbələrdən hesab olunur. Onun ifadələrinə əsaslanan amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı əsərində qeyd edir ki, yalnız Bakı şəhərində baş verən qırğınlar zamanı on minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Bu faktlar hadisələrin əvvəlcədən planlaşdırılmış və məqsədyönlü xarakter daşıdığını göstərir.
Azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
Azərbaycan xalqına qarşı törədilmiş bu faciələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə mümkün olmuşdur. Həmin sənəd tarixi həqiqətlərin sistemli şəkildə araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu siyasi kurs İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, soyqırımı həqiqətlərinin dünya miqyasında tanıdılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı öz çıxışlarında qeyd etmişdir ki, XIX əsrin əvvəllərindən etibarən Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülməsi, demoqrafik vəziyyətin dəyişdirilməsi, eləcə də 1905 və 1918-ci illərdə törədilən qırğınlar xalqımıza qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olmuşdur.
Tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addımlardan biri də Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasıdır. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə təməli qoyulan bu kompleks soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində mühüm rol oynayır. Burada aparılan elmi tədqiqatlar, toplanan arxiv materialları və müasir ekspozisiya vasitələri ziyarətçilərə tarixi həqiqətləri əyani şəkildə təqdim edir. Eyni zamanda, kompleks beynəlxalq tədqiqatçılar üçün də etibarlı elmi mənbə rolunu oynayaraq, Azərbaycan həqiqətlərinin qlobal miqyasda tanıdılmasına əhəmiyyətli töhfə verir.
1918-ci ilin mart–aprel hadisələri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş sistemli soyqırımı siyasətinin bariz nümunəsi olmaqla tariximizin ən ağrılı və ibrətamiz səhifələrindən biridir. Bu faciələrin unudulmaması, tarixi həqiqətlərin qorunaraq gələcək nəsillərə çatdırılması və beynəlxalq aləmdə obyektiv şəkildə tanıdılması hər birimizin qarşısında duran mühüm vəzifədir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

