/ / Prezident İlham Əliyevin Gürcüstana son səfəri Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir
Prezident İlham Əliyevin Gürcüstana son səfəri Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir
09.04.2026 [15:11]
Nazim Eyvazov
YAP Tənənəm kənd ərazi partiya təşkilatının sədri
Azərbaycan Prezidenti Gürcüstanın dinamik iqtisadi inkişafı məsələsinə toxunub bu ölkədə son illərdə müşahidə olunan sürətli tərəqqini yüksək qiymətləndirib. Bildirib ki, qonşu ölkənin iqtisadiyyatında aparılan islahatlar, investisiya mühitinin yaxşılaşdırılması və regional layihələrdə fəal iştirak ölkənin inkişaf tempini artırıb. Bu inkişaf həm də Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.
“Azərbaycan-Gürcüstan münasibətlərinin kökləri qədim dövrlərə gedib çıxır. Ticarət yolları, xüsusilə İpək Yolunun keçdiyi ərazilər bu iki xalq arasında iqtisadi və mədəni əlaqələrin inkişafına mühüm töhfə vermişdir. Orta əsrlərdən başlayaraq, hər iki xalq müxtəlif imperiyaların təsiri altında yaşasa da, öz milli kimliyini qoruyaraq bir-birinə qarşı dost münasibətini saxlamışdır. Bu ənənə müasir dövrümüzdə də uğurla davam etdirilir”, deyən Azərbaycan Prezidenti əlavə edib ki, müstəqillik dövründə Azərbaycan ilə Gürcüstan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu çərçivəsində Gürcüstanla əlaqələrin inkişafına xüsusi önəm verilib. Onun uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında siyasi dialoq gücləndirilmiş, enerji və nəqliyyat sahələrində strateji əməkdaşlığın təməli qoyulub. Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər regional layihələr məhz bu siyasətin uğurlu nəticəsi kimi tarixə düşüb.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan qazı bu gün 16 ölkəyə ixrac edilir və bu ixrac marşrutunun başlanğıc nöqtəsi məhz Gürcüstandır. Bu fakt Gürcüstanın enerji tranziti sahəsində oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Əsas diqqət çəkən mövzulardan biri isə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) olub. Bu marşrut Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Avropa bazarlarına çıxışı təmin edir. Mövcud geosiyasi şəraitdə bu dəhliz alternativ və etibarlı ticarət yolu kimi əhəmiyyətini daha da artırıb.
Səfər zamanı tərəflər həmçinin bir sıra istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini vurğulayıblar. Nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, enerji layihələri və tranzit imkanlarının artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi, regional sabitlik və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Görüş zamanı qeyd edilib ki, Azərbaycan və Gürcüstan artıq uzun illərdir ki, enerji və nəqliyyat sahəsində strateji tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr bu əməkdaşlığın əsas sütunları hesab olunur.
Bu səfər bir daha onu göstərir ki, Bakı və Tbilisi Orta Dəhliz vasitəsilə regionu qlobal ticarətin mühüm qovşaqlarından birinə çevirməyə çalışır. Bu isə həm iqtisadi inkişaf, həm də geosiyasi baxımdan hər iki ölkənin rolunu daha da gücləndirə bilər. Enerji əməkdaşlığının digər mühüm aspekti qarşılıqlı etimad və etibarlı tərəfdaşlıqdır. Azərbaycan və Gürcüstan beynəlxalq enerji layihələrində hər zaman məsuliyyətli tərəfdaş kimi çıxış edərək bu etibarı qoruyub saxlayıblar. Bu isə öz növbəsində beynəlxalq investorların regiona marağını artırıb.
Enerji sahəsində əməkdaşlıq son illərdə yeni istiqamətlər üzrə də genişlənir. Xüsusilə yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri aktuallığını qorumaqdadır. Azərbaycanın bərpa olunan enerji potensialının inkişaf etdirilməsi və bu sahədə Gürcüstanla birgə layihələrin həyata keçirilməsi regionun enerji xəritəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Nəticədə bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə, strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına və regionda sabitliyin güclənməsinə mühüm töhfə verib. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafında, həm də Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayan hadisə kimi tarixə düşüb.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

