Formal çərçivəni aşaraq, qarşılıqlı maraqlara söykənən strateji tərəfdaşlıq
01.05.2026 [11:33]
Aprelin 27-də Çexiya Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi və iqtisadi hadisə kimi yadda qaldı. Bu səfər yalnız diplomatik təmaslarla məhdudlaşmayaraq, konkret iqtisadi nəticələrə hesablanmış strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Səfər çərçivəsində keçirilən görüşlərdə regional, qlobal və ikitərəfli məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Xüsusilə diqqət çəkən məqam ondan ibarət idi ki, tərəflər mövcud iqtisadi əlaqələrin yalnız enerji sahəsi ilə məhdudlaşmaması, daha şaxəli və balanslı ticarət strukturunun formalaşdırılması istiqamətində ortaq mövqe nümayiş etdirdilər.
Həmin gün Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes forumu isə bu səfərin praktiki nəticələrə yönəlmiş əsas platforması oldu. Forumda hər iki ölkənin dövlət rəhbərləri ilə yanaşı, müxtəlif sahələri təmsil edən geniş iş adamları heyəti iştirak edirdi. Bu, iqtisadi diplomatiyanın real biznes əlaqələri ilə vəhdət təşkil etdiyini bir daha sübut etdi.
Forum çərçivəsində çıxış edən Cənab Prezident İlham Əliyev Azərbaycanın sabit makroiqtisadi mühiti, uzunmüddətli investisiya cəlbediciliyi və xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa layihələri barədə ətraflı məlumat verdi. Bu regionların beynəlxalq investorlar üçün yeni imkanlar yaratdığı vurğulandı.
“İkitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, əvvəlcə bildirmək istərdim ki, biz Avropa İttifaqından ilk kənar ölkəyə - Azərbaycana səfər etdiyinə görə Baş nazir Babişə çox minnətdarıq. Biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var.” - Cənab Prezident İlham Əliyev bu sözləri ilə Azərbaycan və Çexiya arasında münasibətlərin artıq formal çərçivəni aşaraq, qarşılıqlı maraqlara söykənən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu bildirmişdir.
Öz növbəsində, Baş nazir Andrey Babiş Azərbaycanın Çexiya üçün strateji tərəfdaş olduğunu qeyd edərək, enerji sahəsində mövcud əməkdaşlığın digər istiqamətlər – xüsusilə nəqliyyat, müdafiə sənayesi, infrastruktur və qaz təchizatı sahələri üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirdi. Çexiya nümayəndə heyətinin tərkibində 50-yə yaxın aparıcı şirkətin iştirakı bu marağın real iqtisadi niyyətlərə söykəndiyini açıq şəkildə göstərdi.
Bu səfərin mühüm nəticələrindən biri də Azərbaycan–Çexiya əlaqələrinin təkcə enerji ixracı üzərində qurulan modeldən çıxaraq, çoxşaxəli iqtisadi tərəfdaşlığa transformasiya istiqamətində irəliləməsi oldu. Mövcud ticarət dövriyyəsinin böyük hissəsinin neft ixracından ibarət olması nəzərə alınaraq, tərəflər bu strukturun diversifikasiyasını prioritet məqsəd kimi müəyyən etdilər.
Eyni zamanda, bu səfər Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı statusunun bir daha təsdiqi kimi qiymətləndirilə bilər. Azərbaycanın qaz ixracının Avropa məkanında genişlənməsi fonunda Çexiya ilə əməkdaşlıq bu strateji xəttin davamı kimi xüsusi önəm daşıyır.
Aprelin 27-də baş tutan bu səfər və biznes forumu Azərbaycan–Çexiya münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu mərhələ siyasi dialoqdan iqtisadi əməkdaşlığa, oradan isə uzunmüddətli strateji tərəfdaşlığa doğru inkişaf edən çoxölçülü münasibətlər sisteminin formalaşdığını göstərir.
Bu isə onu deməyə əsas verir ki, Azərbaycan artıq təkcə enerji resursları ilə deyil, həm də investisiya imkanları, regional layihələri və geoiqtisadi mövqeyi ilə Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilməkdədir.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

