Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş missiyası
10.06.2026 [12:59]
15 İyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Bu əlamətdar gün müstəqil Azərbaycanın xilası, sabitliyə və inkişaf yoluna qədəm qoymasının rəmzi kimi ölkəmizin tarixində xüsusi yer tutur. Hər il xalqımız tərəfindən böyük ehtiramla qeyd olunan Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin təntənəsidir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb siyasi, iqtisadi və sosial problemlərlə üz-üzə qalmışdı. Ölkədə hakimiyyət böhranı, xaos və anarxiya hökm sürür, vətəndaş qarşıdurması təhlükəsi getdikcə dərinləşirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam edir, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranırdı. Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı dərin böhrandan xilas etdi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gündən etibarən Azərbaycanda sabitliyin təmin olunması, qanunçuluğun bərpası, dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. Xalqın öz lideri ətrafında sıx birləşməsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlətçiliyin əsasları möhkəmləndirildi və müstəqilliyimizin dönməzliyi təmin olundu. Buna görə də Azərbaycan xalqı 15 İyunu haqlı olaraq Milli Qurtuluş Günü kimi qeyd edir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu, xarici investisiyaların cəlb olunmasına və Azərbaycanın dünya enerji bazarında mövqelərinin güclənməsinə şərait yaratdı. Eyni zamanda demokratik dövlət quruculuğu, hüquqi islahatlar və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atıldı. Məhz həmin dövrdə Azərbaycanın gələcək inkişaf strategiyasının təməli formalaşdırıldı və ölkəmiz davamlı tərəqqi yoluna qədəm qoydu.
Milli Qurtuluş ideyalarının yaşadılması və Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun davam etdirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır. 1992-ci ildə xalqın istəyi və tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilərək Azərbaycanın inkişafına mühüm töhfələr vermişdir. Ulu Öndərin siyasi irsi əsasında fəaliyyət göstərən partiya milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və davamlı inkişafın dəstəklənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkəmizin hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə və əldə olunan tarixi nailiyyətlərin möhkəmləndirilməsinə xidmət edən siyasəti uğurla davam etdirir. Partiyanın fəaliyyəti milli həmrəyliyin gücləndirilməsi, vətəndaş rifahının yüksəldilməsi və Azərbaycanın gələcək inkişaf strategiyasının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmiş, iqtisadi və siyasi mövqelərini daha da möhkəmləndirmişdir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpa olunması Azərbaycan dövlətinin gücünü və xalqın milli birliyini bütün dünyaya nümayiş etdirmişdir. Bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin bariz nümunəsidir.
Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür. Bu gün Azərbaycan vətəndaşları dərin minnətdarlıq hissi ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edir, onun zəngin siyasi irsini böyük ehtiramla yaşadırlar. Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, davamlı inkişafı, beynəlxalq arenada qazandığı uğurlar və tarixi Zəfərləri Milli Qurtuluşun bəhrələri kimi tariximizdə əbədi yaşayacaqdır. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının milli birlik, güclü dövlətçilik və müstəqillik əzminin təntənəsi olaraq gələcək nəsillərə ötürülən ən dəyərli tarixi irslərdən biridir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20

