Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Laçın rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü qeyd olunub

YAP Laçın rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü qeyd olunub

17.07.2026 [17:49]

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu və fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatı sədrinin müavini Şamo Qasımov iştirakçıları təşkilatın təsis edilməsinin 31-ci ildönümü münasibətilə təbrik edərək partiyanın yaranma tarixi, keçdiyi şərəfli inkişaf yolu və müasir dövrdə ölkənin ictimai-siyasi həyatında rolu barədə ətraflı məlumat verib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik və siyasi idarəçilik təcrübəsi əsasında yaradılmış Yeni Azərbaycan Partiyası Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkənin aparıcı siyasi qüvvəsi kimi dövlətin strateji inkişafına mühüm töhfələr verməkdə davam edir.

Şamo Qasımov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin ideya-siyasi əsasını Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik prinsipləri təşkil edir. Bu siyasi kursun başlıca məqsədi Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun inkişaf etdirilməsi, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin möhkəmləndirilməsi, sosialyönümlü və dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən ibarətdir. O vurğulayıb ki, partiya ötən dövr ərzində qarşıya qoyduğu strateji hədəflərin həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri məhz bu siyasi kursun ardıcıl və uğurlu icrasının bariz nümunəsidir.

Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı 1995-ci il iyulun 19-da təsis edildiyini xatırladan Şamo Qasımov onun fəaliyyət göstərdiyi dövr ərzində davamlı inkişaf yolu keçdiyini, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsinə mühüm töhfələr verdiyini qeyd edib.

Tədbir də çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Minə Əliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi olub, dövlətin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində həlledici rol oynayıb. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi, sosial və iqtisadi inkişafında aparıcı rolunu bu gün də uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirərək dinamik inkişaf yolunu davam etdirir.

YAP Laçın rayon təşkilatının 1 saylı ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyasının uğurlarının əsasında xalqın yüksək etimadı və bu etimaddan irəli gələn güclü ictimai dəstək dayanır. Partiyanın cəmiyyət tərəfindən yüksək nüfuz qazanmasının başlıca səbəbi milli maraqları daim üstün tutması və dövlətçilik mənafelərinə sadiqliyidir. O bildirilib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirməklə yanaşı, partiyanın nüfuzunu və cəmiyyətdəki rolunu da əhəmiyyətli dərəcədə artırıb.

YAP veteranı Mirzə Kərimov isə çıxışında vurğulayıb ki, xalqın iradəsi və zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrilərək Azərbaycanın ictimai-siyasi həyatında aparıcı mövqe tutub. O bildirib ki, partiyanın əldə etdiyi uğurların əsasında xalqın inamı, milli həmrəylik və dövlətçilik ideallarına sadiqlik dayanır. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz regionunun nüfuzlu siyasi təşkilatlarından biri kimi tanınır.
Tədbirdə çıxış edən Laçın rayon Qarakeçdi kəndinin icra nümayəndəsi Əli Həsənquliyev bildirib ki, Yeni Azərbaycan Partiyası gənclərin inkişafını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Partiya gənclərin ictimai-siyasi fəallığının artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və milli dövlətçilik ideyalarına sadiq, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin formalaşdırılması məqsədilə çoxsaylı layihələr, maarifləndirici tədbirlər, forumlar və görüşlər təşkil edir. Bu təşəbbüslər gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirməsinə, potensiallarını reallaşdırmasına və gələcəyin peşəkar kadrları kimi yetişməsinə geniş imkanlar yaradır.

Tədbirin sonunda YAP Laçın rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvü Fəxri fərmanlarla təltif olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda xatirə şəkili çəkildi.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31