Dil xalqın əbədi imzasıdır
29.07.2026 [15:19]
Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, dünyagörüşü və milli kimliyinin daşıyıcısıdır. Dil canlı və daim inkişaf edən ictimai hadisədir. Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanan Fərmanla hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinə göstərilən diqqətin və ana dilimizin inkişafına verilən önəmin ifadəsidir.
Azərbaycan dili xalqımızın minillik tarixi, mədəni yaddaşı və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdəndir. Dövlət dili kimi onun qorunması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dil siyasəti bu müqəddəs dəyərlərin möhkəmləndirilməsinə və gələcək nəsillərə təmiz, saf və zəngin şəkildə ötürülməsinə yönəlib.
Azərbaycan dilinin zənginliyi, tarixi kökləri və ifadə imkanları haqqında danışan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır.Azərbaycan dilinin nüfuzunun artması təkcə ölkə daxilində deyil, həm də dünyada yaşayan milyonlarla soydaşımız arasında milli həmrəyliyin, birliyin əsas rəmzinə çevrilib.Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Dövlət başçısının dilimizlə bağlı çağırışları, həm tarixi köklərimizə sədaqətin, həm də milli birliyin möhkəmləndirilməsinin bariz nümunəsidir.
Ana dilimizi qorumaq - milli kimliyimizi, milli dövlətçiliyimizi qorumaq deməkdir. Çünki dil millətin varlığını təsdiq edən ən əsas atributdur. Xalq dil vasitəsilə öz düşüncəsini, ideallarını və mənəvi dəyərlərini ifadə edir. Ona görə də Azərbaycan dövləti dil siyasətini milli ideologiyanın ayrılmaz tərkib hissəsi kimi həyata keçirir.Azərbaycan dili bu gün 50 milyondan çox insanın ana dili olaraq, təkcə ölkə daxilində deyil, həm də xaricdə yaşayan soydaşlarımız üçün bir birlik və mənəvi bağ rəmzidir. Bu dil bizi birləşdirir, tariximizi, mənəviyyatımızı və gələcəyə olan inamımızı qoruyur.
Azərbaycan dili bizim milli sərvətimiz, milli kimliyimizin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir. Ona görə də dilimizə sahib çıxmaq, onu qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

