YAP Nəsimi rayon təşkilatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunan tədbir keçirilib
25.02.2014 [09:19]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Nəsimi rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan xarici tələbələrlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalı faciəsindən bəhs edən film nümayiş olunub. Tədbirdə rayonun ərazisindəki ali məktəblərdə təhsil alan xarici ölkələrdən olan tələbələrdən Lanita Qenberova (Qazaxıstan), Savran Efqan (Türkiyə), Monika Pasukeyeviç (Polşa), Aygül İmamhacı (Çin Xalq Respublikası) və başqaları çıxış edərək 22 il bundan əvvəl erməni quldurlarının Xocalıda törətdikləri qanlı qırğını azərbaycanlılara qarşı soyqırımı cinayəti kimi qiymətləndiriblər. Xarici ölkələri təmsil edən tələbə gənclər öz çıxışlarında Xocalı soyqırımının XX əsrin ən dəhşətli və amansız terror aktı olduğunu xüsusi vurğulayıblar.
Azərbaycan Dillər Universitetində təhsil alan türkiyəli tələbə Savran Efqanın Xocalı faciəsi haqqında çıxışı daha emosional olub. O, qeyd edib ki, Xocalı faciəsi bir dəhşətdir: “Xocalıda yaşayan Axıska türkləri də öldürülüblər. Gənc qadınların gözləri pendir kimi kəsilib, körpələr amansızlıqla qətlə yetirilib. Təəssüf ki, hələ də dünya dövlətləri erməni vəhşiliyinə layiqli qiymət verməyə tələsmir”.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Xocalı soyqırımının dəhşətləri haqqında Azərbaycanda təhsil alan əcnəbi tələbələrin dilindən eşitməyin zəruriliyini vurğulayıb: “Əslində, tədbirdə çox danışmaq fikrim yoxdur. Xocalı dəhşətlərini Azərbaycanda təhsil alan xarici tələbələrin dilindən eşitmək, onların hisslərini duymaq daha gərəklidir. Çünki bu faciə insanlığa qarşı dəhşətli hadisədir”.
Milli Məclisin deputatı Sahibə Qafarova isə öz çıxışında Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu deyib: “Bu faciə heç bir zaman unudulmayacaq. Xocalı faciəsi zamanı insanlar erməni vəhşiliyinin qurbanı olublar. Biz hamılıqla çalışmalıyıq ki, dünya bu faciəyə biganə qalmasın”.
Çıxışlarda, həmçinin, əcnəbi tələbələrə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycana hərbi təcavüzü və onun ağır nəticələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Xocalı qətliamı bəşər tarixində ən qanlı cinayətlərdən biri kimi qalacaq. Natiqlər xarici ölkələri təmsil edən tələbə gəncləri xalqımızın bu faciəsini dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırmaq üçün fəal olmağa çağırıblar.
Qeyd olunub ki, Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və İslam Konfransı Təşkilatının müvafiq qətnamələrinə təcavüzkar dövlət tərəfindən hələ də əməl edilmir.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

