YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib
08.03.2014 [09:57]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Regional inkişaf və yerli özünüidarə komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunub.
Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə iş planının layihəsi haqqında məlumat verib. O bildirib ki, il ərzində komissiya aidiyyəti üzrə bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur. Belə ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə əlaqədar mənzil fondunun idarə edilməsi problemləri”, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2018) ilə əlaqədar yerli orqanların fəaliyyəti”, “Bələdiyyə seçkiləri və qarşıda duran vəzifələr”, “Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin fəaliyyəti” və “Ətraf mühitin qorunması sahəsində yerli orqanların fəaliyyəti” mövzularında tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İclasda komissiyanın üzvü, Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü Zeynal Nağdəliyev çıxış edərək iş planı ilə əlaqədar fikirlərini bildirib. Z.Nağdəliyev regionların inkişafı və bu inkişafın təbliği prosesinə YAP-ın yerli strukturlarının daha fəal şəkildə qoşulmasını zəruri hesab edib. Onun sözlərinə görə, komissiya öz işində bu məsələyə də önəm verməlidir. Digər komissiya üzvləri Əlibaba Əliyev, Tahir Budaqov, Vaqif Abdullayev və Şahin Məmmədov da iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra komissiyanın 2014-cü il üçün iş planı əsas kimi qəbul olunub.
Daha sonra YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev komissiyanın sədr müavini, Milli Məclis Aparatının əməkdaşı İsax Alməmmədov isə komissiyanın katibi seçilib.
Qeyd edək ki, iclasda YAP Regional inkişaf və yerli özünüidarə komissiyasının üzvləri ilə yanaşı, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov və Azər Badamov, eləcə də, İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Sahib Məmmədov, Ədliyyə Nazirliyinin Bələdiyyələr İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev və başqaları iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

