Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir

16.10.2026 [19:20]


Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir.

Bakıxanov qəsəbəsi, “M.Nağıyev küçəsi 14” (18 saylı Uşaq poliklinikası), Bakıxanov qəsəbəsi, “X.Xasməmmədov küçəsi 40” (Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi), Zabrat qəsəbəsi, “Nəsibə Zeynalova küçəsi 16” (Zabrat Sağlamlıq Mərkəzi) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiya üzvlərinin qarşısında duran vəzifələr və qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən məsuliyyətvurğulanıb.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı naminə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında YAP üzvlərinin fəal iştirakının vacibliyi qeyd ediliblər.

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31