YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının hesabat-seçki konfransı keçirilib
20.05.2014 [08:59]
Mayın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransı giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq ölkəmizin ictimai-siyasi həyatında qadınların rolu barədə danışıb. T.Tağıyev qeyd edib ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, uğurlu qadın siyasəti həyata keçirilir.
Sonra YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova məruzə ilə çıxış edib. M.İbrahimova təşkilatın Qadınlar Şurasının ötən konfransdan indiyədək olan dövrdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən, 2013-cü ildə keçirilən prezident seçkilərində rayon qadınlarının və YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının üzvlərinin fəallığından ətraflı danışıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınların fəallığının artırılması və onların ictimai proseslərdə iştirakının təşviq edilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğulayan sədr deyib ki, Ümummilli liderin bu müdrik siyasəti indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aynur Sofiyeva vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün bir nümunə təşkil edir: “Hazırda Mehriban Əliyevanın humanist və mədəni layihələri onlarla ölkə tərəfindən dəstəklənir”.
Konfransda, həmçinin, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, YAP-ın gənc fəalı Nərminə Yunusova və başqaları çıxış edərək şuranın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılıb. Məhəbbət İbrahimova yekdilliklə yenidən YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri seçilib. Eyni zamanda, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının idarə heyəti və şura üzvləri seçilib. Sonda YAP Qadınlar Şurasının Respublika Konfransına 22 nümayəndənin seçilməsi qərara alınıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

